Mətbuat günündə görüş

Rayonda 22 iyul Milli Mətbuat günü qeyd edildi. “İsmayıllı xəbərləri” qəzetinin könüllü yazarları, “Dağ çiçəkləri” ədəbi dərnəyinin bir qrup üzvü, icra aparatının bəzi işçiləri RİH-nin kiçik iclas zalına toplaşmışdı. RİH başçısı Mirdaməd Sadıqov görüşü açaraq Milli Mətbuat günü münasibətilə oraya toplaşanları təbrik etdi, onlara işlərində yeni-yeni nailiyyətlər arzuladı.

Mətbuat günündə görüşMətbuat günündə görüş

Rayonda 22 iyul Milli Mətbuat günü qeyd edildi. “İsmayıllı xəbərləri” qəzetinin könüllü yazarları, “Dağ çiçəkləri” ədəbi dərnəyinin bir qrup üzvü, icra aparatının bəzi işçiləri RİH-nin kiçik iclas zalına toplaşmışdı. RİH başçısı Mirdaməd Sadıqov görüşü açaraq Milli Mətbuat günü münasibətilə oraya toplaşanları təbrik etdi, onlara işlərində yeni-yeni nailiyyətlər arzuladı.
Mətbuat günündə görüş
M.Sadıqov mətbuatın cəmiyyətdəki rolundan danışdı və onu dördüncü hakimiyyət adlandırdı. Xüsusilə qeyd etdi ki, qələm sahibləri faktlara, hadisələrə vicdanla yanaşmalı, şəxsiyyətin aşağılanmasına, təhqirə yol verməməlidirlər. Açığını qeyd edək ki, bəzi başabəla yazarlar kimlərinsə sifarişi ilə ağa qara deyir, görülən işləri görməməzliyə vururlar. Bu cür hallar sağlam mətbuata, vicdanlı jurnalistlərə ləkədir. Belələrini qınaq obyektinə çevirmək, xalqa tanıtmaq lazımdır. Mirdaməd müəllim rayonda görülən tikinti və abadlıq işlərinin həcminin artdığını vurğuladı. Şəhərimiz günü-gündən gözəlləşir, küçələri asfaltlaşdırılır, yeni park və istirahət yerləri yaradılır.
Rayonda xalqın rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində görülən işlərdən söhbət açan başçı insanların, xüsusilə də yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə diqqətin artırılmasının vacibliyini vurğuladı.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov çıxışında səmimi qəbul üçün başçıya minnətdarlığını bildirdi. O, başçıya bildirdi ki, uzun illər rayon qəzetində müxtəlif vəzifələrdə işləmiş qocaman jurnalist Bəybala Babayev İsmayıllı mətbuatının tarixinə aid sanballı bir kitab ərsəyə gətirmişdir. Maddi imkansızlıqdan onu çap etdirə bilmir. Ktabın nəşrinə köməklik göstərmənizi xahiş edirik. Bu kitab rayonumuzun mətbuat tarixini əks etdirmək baxımından çox faydalı ola bilər.
Mətbuat günü münasibətilə bir qrup yazar mükafatlandırıldı. İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova Fəxri fərmanları və mükafatları yazarlara təqdim etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz