Birlik və iş avandlığı arzulayıram

Həqiqətin tərəfində durmaq, haqqında danışmaq doğrudan da savab işdir. İnsanın zəhməti qiymətləndirilirsə, görülən işə dəyər verilirsə, zəhmət sahibinin sabaha inamı artır, daha çox iş görməyə can atır.
2 ilə yaxındır ki, İsmayıllı rayonunda görülən işlər rayonun yurdsevər sakinlərini sevindirir, fərəhləndirir. Əhalinin asudə vaxtının təşkili üçün parklar, meydanlar, mədəniyyət ocaqları yenidən qurulur. Yeni xidmət obyektləri, binalar tikilir. Küçələr asfaltlaşdırılır və işıqlandırma sistemləri ilə təchiz olunur. Rayon mərkəzindəki bəzi inzibati binaların təmiri, gecə işıqlandırılması və digər yeniliklərin ərsəyə gəlməsində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun böyük zəhməti var.
Atalar sözüdür: Çörəyi ver çörəkçiyə, birini də üstəlik. İllərdən bəri baxımsız qalmış İsmayıllının sanki bəxt üzünə güldü.

Birlik və iş avandlığı  arzulayıramBirlik və iş avandlığı arzulayıram

“İsmayıllının çox gözəl təbiəti, çox gözəl iqlimi var və ən əsası odur ki, burada çox gözəl insanlar – zəhmətkeş, vətənpərvər insanlar yaşayır”.
İlham Əliyev.

Birlik və iş avandlığı  arzulayıram

Həqiqətin tərəfində durmaq, haqqında danışmaq doğrudan da savab işdir. İnsanın zəhməti qiymətləndirilirsə, görülən işə dəyər verilirsə, zəhmət sahibinin sabaha inamı artır, daha çox iş görməyə can atır.
2 ilə yaxındır ki, İsmayıllı rayonunda görülən işlər rayonun yurdsevər sakinlərini sevindirir, fərəhləndirir. Əhalinin asudə vaxtının təşkili üçün parklar, meydanlar, mədəniyyət ocaqları yenidən qurulur. Yeni xidmət obyektləri, binalar tikilir. Küçələr asfaltlaşdırılır və işıqlandırma sistemləri ilə təchiz olunur. Rayon mərkəzindəki bəzi inzibati binaların təmiri, gecə işıqlandırılması və digər yeniliklərin ərsəyə gəlməsində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun böyük zəhməti var.
Atalar sözüdür: Çörəyi ver çörəkçiyə, birini də üstəlik. İllərdən bəri baxımsız qalmış İsmayıllının sanki bəxt üzünə güldü.
Sevdiyimiz, böyük inamla səs verib, seçdiyimiz prezidentimiz cənab İlham Əliyev bir il əvvəl İsmayıllıya gəlmişdi. Prezident: “İsmayıllı rayonuna cənab Mirdaməd Sadıqov başçı təyin ediləndən sonra bu rayonda əhval-ruhiyyə birdən-birə gözəlləşməyə gedir, nəzərdə tutulan dövlət proqramı uğurla həyata keçirilir”, – söyləmişdi.
Rayonda insanları illərdən bəri narahat edən problemlər həll edilir. Mirdaməd müəllim problemlərin dərhal həll olunması istiqamətində əlaqədar idarələrin rəhbərlərinə göstərişlər verir, tövsiyələr edir.
Belə işgüzar, uzaqgörən, insanpərvər bir alimi, eloğlumuzu bizə başçı təyin etdiyi üçün hörmətli Prezidentimizə minnətdarlıq edirik.
Birlik və iş avandlığı  arzulayıram
İsmayıllılar Mirdaməd müəllimə hörmət və məhəbətlərini bildirməklə yanaşı, onun müəyyən etdiyi inkişaf konsepsiyasının gerçəkləşməsi üçün əməli səy göstərməlidirlər. Belə olarsa, çox qısa zaman kəsiyində rayonumuz sözün həqiqi mənasında Azərbaycanın mirvarisinə çevrilər. Bu istiqamətdə həmyerlilərimə birlik və iş avandlığı arzulayıram.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz