Hesabat qənaətbəxş sayılmadı

İyul ayının 19-da ilin birinci yarısı üçün Qoşakənd bələdiyyəsinin hesabat yığıncağı keçirilib. Yığıncaqda bələdiyyə sədri Göyüş Murtuzayev görülmüş işlər barədə məruzə edib. Məruzədən sonra bələdiyyə üzvləri fəaliyyətləri ilə bağlı məlumat veriblər.
Bələdiyyənin son 6 ay ərzində verdiyi hesabatı dinlədikdən sonra seçicilər mövcud vəziyyəti əks etdirən çıxışlar ediblər.

Çıxışlardan məlum olmuşdur ki, hesabatda səsləndirilən fikirlərlə real vəziyyət heç də üst-üstə düşmür. Kənddaxili yollar baxımsızlıq üzündən keçilməz hala düşüb. Kənd ərazisində məişət tullantıları hara gəldi atılır ki, bu da antisanitariya vəziyyəti yaradır. Bələdiyyənin əhatə etdiyi Qoşakənd, Ağbulaq, Tubukənd kəndlərində içməli su problemi var. Mövcud problemlərin həlli istiqamətində aparılan iş heç də qənaətbəxş deyildir.
Vergilərin hamı tərəfindən ödənilməməsi onsuz da dözülməz olan vəziyyəti bir qədər də gərginləşdirir.
Qoşakənd və Ağbulaq kəndlərinə 10 il əvvəl çəkilən, öz axarı ilə gələn su xəttinin əsaslı təmirə ehtiyacı var. Əslində bu problemlər heç də son 6 ayda yaranmamışdır. Problemlərin illərdən bəri həll olunmaması çıxışlarda qeyd olundu. Bələdiyyə mövcudluğu müddətində büdcəsinə gəlir gətirə biləcək heç bir fəaliyyət sahəsi açmamış, toplanan vergiləri sosial problemlərin həllinə yönəltməmişdir.
Tənqidi çıxışlar və diqqətə çatdırılan iradlardan bələdiyyədə seçicilərin etimadını qazanmağa istiqamətlənmiş, nəzərəçarpan bir iş görülmədiyi bəlli olmuşdur.
Hesabat yığıncağında RİH-in Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Rüstəm Səmədov iştirak etmişdir.
Bələdiyyə sədrinə və üzvlərinə qarşıda duran vəzifələrin icrası istiqamətində əməli iş görülməsi tovsiyə olunmuşdur.
“İsmayıllı xəbərləri”

Şərh Yaz