Yaddas kitabcasi

Qəbul imtahanlarına yola salınma

İyul ayının 20-də 2014-2015-ci tədris ili üçün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün xüsusi məqsədlə ayrılmış avtobuslarla Göyçay şəhərində keçirilən imtahanlara yolasalma mərasimi keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abituriyentləri salamlayıb, onlara uğurlar, yüksək nailiyyətlər arzulayıb. RİH başçısı abituriyentlərə bildirib ki, bu günə qədər ata-analarının övladları sayılırdılarsa, bu gündən sonra onlar İsmayıllının övladlarıdır, gələcəkdə isə bir övlad kimi bütün Azərbaycanı təmsil etməli olacaqlar.

Qəbul imtahanlarına yola salınmaQəbul imtahanlarına yola salınma

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tələbə adını qazanmağa çalışan 257 abituriyentə xoş arzularını çatdırıb, 2013-cü ildə əldə edilən uğurlardan danışıb. Builki abituriyentlərdən daha yüksək nəticələr gözlədiyini deyib.
TQDK-nın məlumatına görə bu ilki imtahanlarda respublika üzrə 31326 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15562 abituriyent II qrup üzrə, 15764 abituriyent III qrup üzrə imtahan verəcək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz