Müsbət təcrübənin yayılması

18 iyul 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT-lərin müsbət təcrübəsinin yayılması və qanunvericiliyə edilən son əlavə və dəyişikliklər” mövzusunda konfrans keçirilib.
Konfransda İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən QHT-lərin sədrləri, rayonun ictimai həyatında fəallıq göstərən gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açaraq qonaqları və iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Müsbət təcrübənin yayılmasıMüsbət təcrübənin yayılması

Toplantıda çıxış edən Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev QHT-lərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr haqqında danışaraq, Şuranın məlumatlandırma xarakterli bu cür tədbirlər keçirməsinin regionlarda vətəndaş cəmiyyətinin inkişafına xidmət etdiyini deyib.
Şura katibliyinin baş məsləhətçisi Fərid Rüstəmov vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ölkəmizdə ardıcıl həyata keçirilən dövlət dəstəyi siyasəti haqqında danışıb, QHT-lərin təcrübəsinin yayılmasının zəruriliyini diqqətə çatdırıb.
F.Rüstəmov maliyyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.
Şuranın baş məsləhətçisi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsində şuranın üzərinə düşən vəzifələr və həyata keçirdiyi tədbirlər haqqında da danışıb.
Sonda QHT-lərin fəaliyyəti, qanunvericilikdə edilmiş əlavə və dəyişikliklərlə bağlı suallar cavablandırılıb.
Çinarə Bəhərçinli

Şərh Yaz