Dağlar qızı ilə tanışlıq

Adi iş günlərindən birində redaksiyamızın qapısını döyən qonaq Gədəbəy rayonunun Qoşabulaq kəndində, 1990-cı ildə anadan olmuş Salmanova Aidə Razim qızı idi. İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində müalicə işi fakültəsində təhsil alan bu qızla qısa tanışlıqdan sonra şeirə, ədəbiyyata olan marağından söz açdı və redaksiyamıza şeirlərini təqdim etmək fikri ilə gəldiyini bildirdi.
Aidə qeyd etdi ki, doğulub boya-başa çatdığı yerin təbiəti, ulularımın, yaxınlarımın sözə verdiyi qiymət, saza, sözə bağlılıqları hələ uşaqlıqdan onda bu sehirli aləmə maraq oyadıb. Dağlar qədər uca, dəryalar qədər dərin olan söz, sənət aləminə qədəm qoymağa cəsarət edib.

Dağlar qızı ilə tanışlıqRedaksiyamızın qonağı

Dağlar qızı ilə tanışlıq

Adi iş günlərindən birində redaksiyamızın qapısını döyən qonaq Gədəbəy rayonunun Qoşabulaq kəndində, 1990-cı ildə anadan olmuş Salmanova Aidə Razim qızı idi. İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində müalicə işi fakültəsində təhsil alan bu qızla qısa tanışlıqdan sonra şeirə, ədəbiyyata olan marağından söz açdı və redaksiyamıza şeirlərini təqdim etmək fikri ilə gəldiyini bildirdi.
Aidə qeyd etdi ki, doğulub boya-başa çatdığı yerin təbiəti, ulularımın, yaxınlarımın sözə verdiyi qiymət, saza, sözə bağlılıqları hələ uşaqlıqdan onda bu sehirli aləmə maraq oyadıb. Dağlar qədər uca, dəryalar qədər dərin olan söz, sənət aləminə qədəm qoymağa cəsarət edib.
Dağlar qızı ilə tanışlıq
Erkən yaşlarından ürəyindən keçənləri, duyğularını misralara, bəndlərə çevirən Aidə xanım qələm nümunələrindən bir neçəsini oxuyandan sonra bir şair kimi, fikrimi öyrənməyə çalışdı. Bir kəlmə ilə: ümidvericidir, – dedim.
Yazmağa başladığı gündən bir şeiri belə dərc olunmayan müəllif üçün yazdıqları haqqında bu sözü eşitmək yəqin ki, çox sevindirici hal oldu. Aidə xanımın şeirlərini hansı imza ilə çap etdirəcəyi ilə maraqlandım. Şirin bir utancaqlıqla “Dağlarqızı” ləğəbi götürmək istədiyini bildirdi. Gülüşdük.
Aidə Gədəbəyli – necə səslənir? -deyə sual etdi. Bu daha dəqiq və samballı imzadır dedim.
Beləliklə, A.Gədəbəylinin bir neçə şeirini oxuculara təqdim etməklə ona söz, sənət aləmində yaradıcılıq uğurları arzulayıram.

Şahməmməd Dağlaroğlu
şair

Mənbəyi ürəkdir, mənsəbi gözlər

Təbim bir bulaqdır, qaynayır, daşır,
Mənbəyi ürəkdir, mənsəbi gözlər.
Axan göz yaşlarım yanaqdan aşır,
Mənbəyi ürəkdir, mənsəbi gözlər.

Yada göstərməsin yaşı yanağın,
Düz sözə qalmasın həsrət qulağın.
Qaynayan su ilə, daşan bulağın,
Mənbəyi ürəkdir, mənsəbi gözlər.

Şimşək yağış verər, boş yerə çaxmaz,
Hər qaynayan bulaq əbədi axmaz.
Qaynayan vaxtda da yerinə baxmaz,
Mənbəyi ürəkdir, mənsəbi gözlər.

Allah sevən kəs, qanan bəndədir,
Haqq yoldan çıxanın ahı öndədir.
Heyif, haqq nahaqla bir bədəndədir,
Mənbəyi ürəkdir, mənsəbi gözlər.

Göz başda yer tutub, ürək sinədə,
O buna güc gəlməz, bu ona hədə.
Şadam, söz dilimdə yetişən vədə,
Mənbəyi ürəkdir, mənsəbi gözlər.

Həyatı bizlərik tarazlaşdıran

Nı yaxşı, sən sağlam, xoşbəxt bir insan,
Gözündə gözəldir, cənnətdir cahan.
Mən xəstə, hələ ki, gəzdirirəm can,
Həyatı bizlərik tarazlaşdıran.

Biz bir-birimizə tərs adamlarıq,
Hər necə olsa da, min şükür, varıq.
Birimiz çox kökük, birimiz arıq
Həyatı bizlərik tarazlaşdıran.

Siz varlı, biz kasıb başqa-başqayıq,
Birimiz quru yer, birimiz çayıq.
Sən böyük gəmisən, mən kiçik qayıq
Həyatı bizlərik tarazlaşdıran.

Sənin ömrün-günün fərəhlə keçir,
Ürəyin gülüşdə çimir, su içir.
Mənim də ömrümü ağlamaq biçir,
Həyatı bizlərik tarazlaşdıran.

Qismətdə kimi şah, kimisi vəzir,
Kimi göylə gedir, kimi yer gəzir
Səni sevinc yorub, məni dərd əzir
Həyatı bizlərik tarazlaşdıran.

Birimiz haqlıyıq, birimiz nahaq,
Bədəndə sən başsan, mən yalın ayaq,
Tarazlıq pozular birimiz aşsaq,
Həyatı bizlərik tarazlaşdıran

Sən gələn, mən gedən, həyat bir yoldu,
Sənin vuranın sağ, mənimki soldu.
Sevinc sənin payın, qəm mənim oldu,
Həyatı bizlərik tarazlaşdıran.

Bildinmi?

Qonaq qardaş, bizim daşlı dağları,
Dumanda, çiskində gəzə bildinmi?
Enişli-yoxuşlu yollar yeridin,
Nəfəsin çatdımı, dözə bildinmi?

Ağaclar istidə kölgə verəndi,
Bir çətir altına girə bildinmi?
Dağa duman gəldi, çən basdı düzü,
Görməli yerləri görə bildinmi?

Dərədən, meşədən keçdin dağlara,
Könlünü bu yerə verə bildinmi?
Keçdiyin dağlardan sevdiyin yara,
Verməyə bircə gül dərə bildinmi?

Nə dərə qalxmışdın, nə dağ enmişdin,
Getdiyin yolları gələ bildinmi?
Dağlar möcüzədi, çox eşitmişdin,
Görüb, dağlar nədi, bilə bildinmi?

Bu gün sabah üçün yaşamalıyam

Dünən duman oldu, duman çəkildi,
Bu gün, sabah üçün yaşamalıyam.
Yaşım arta-arta ömrüm kiçildi
Bu gün, sabah üçün yaşamalıyam.

Özümdən soruşum: nə etdin dünən?
Hansı izi qoyub bu yoldan keçən?
Bəlkə heç sabahı görməyəcəm mən,
Bu gün, sabah üçün yaşamalıyam.

Vaxt nədir, qızıltək bölməliyəm mən,
Sabahı bugündən bilməyim gəlir,
Mənasız sabaha gülməyim gəlir,
Bu gün, sabah üçün yaşamalıyam.

Çəksəm də yolunda bu dərdi-səri,
Gələn gün, ölmürəm səndən ötəri.
Xoş günün dadını biləndən bəri,
Bu gün, sabah üçün yaşamalıyam.

Dünəni sabahla çıxmağım üçün,
Pisi yaxşılıqla yıxmağım üçün,
Sevdiyim zirvədən baxmağım üçün,
Bu gün, sabah üçün yaşamalıyam.

Aidə Salmanova

Şərh Yaz