Heydər Əliyev və İsmayıllı

Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi illərdə rayonumuza 2 dəfə səfər etmiş, rayonun bir sıra kəndlərində, sovxoz və kolxozlarında olmuş, üzüm bağlarını gəzmiş, taxıl zəmilərinə baxmış, Xəlilli, Gəraybəyli, Kürdmaşı, Qubaxəlilli, İvanovka kənd sakinləri, zəhmətkeşləri ilə görüşmüş, onlara öz tövsiyyələrini vermişdir.
Ulu öndər Şəkiyə səfəri zamanı da yolüstü dayanaraq, İsmayıllının əmək adamları ilə görüşmüş, onlarla işgüzar və səmimi söhbətlər etmişdir.

Ümummilli lider Heydər Əliyevin İsmayıllı ilə bağlı irsini araşdırmaq, onun rayonumuzun inkişafındakı müstəsna əməyini xalqımıza və gələcək nəsilə çatdırmaq məqsədi ilə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və İsmayıllı” adlı tədqiqat qrupu yaradılmışdır. Qrup 11 üzvdən ibarətdir. Qrup yaradılarkən üzvlərin ictimaiyyət arasındakı nüfuzu, ictimai fəallığı nəzərə alınmış, bu məziyyətləri ilə seçilən ziyalılarımıza üstünlük verilmişdir. İşgüzar qrupun fəallığı nəticəsində qısa müddətdə Heydər Əliyevin rayonumuza səfərləri zamanı görüşdüyü insanların xatirələrinin video çəkilişləri, ürək sözlərindən ibarət məktublar, Ulu öndərin İsmayıllı ilə bağlı 80-ə yaxın foto şəkili əldə olunaraq Mərkəzin fonduna yerləşdirilmişdir. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Mümkün məlumatlar əldə olunduqdan sonra məlumatların kitab halında nəşri və qrupun adını daşıyan video çarxın hazırlanması nəzərdə tutulub.
Aysel Abdulxalıqova,
Heydər Əliyev Mərkəzinin bələdçisi,

Şərh Yaz