Nağıllaşan həyat

2 iyul 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində şair, yazıçı-publisist, etnoqraf, tarixçi-alim Aydın Səlimzadənin xatirə gecəsi keçirilib.
Gecədə alimin dostları, sənət yoldaşları, yaxınları və aydınsevərlər iştirak edib.
Tədbirin aparıcısı Rəna Mirzəliyeva A.Səlimzadənin çoxşaxəli yaradıcılığından söz açıb, qısa ömür yaşamasına baxmayaraq etnoqrafiya və milli-mənəvi dəyərlərimizlə bağlı iki kitab çap etdirdiyini, tarix elmləri namizədi adını aldığını bildirib.
A.Səlimzadənin doğulub boya-başa çatdığı Hacıhətəmli kəndindən, uşaqlığını keçirdiyi evdən, məzarı üstünə edilən ziyarətdən olan görüntülər, bunlarla yanaşı Eldar Salayevin müsahibəsi monitor vasitəsilə nümayiş etdirilib.

Nağıllaşan həyatNağıllaşan həyat

RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək Aydın Səlimzadə ilə bağlı xoş təəssüratlarını dilə gətirib, bu cür tədbirlərin yetişən nəsil üçün əhəmiyyətini vurğulayıb.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı tarixçi-alimlə olan dostluğundan danışıb, A.Səlimzadənin baş redaktoru olduğu “Elm” qəzetinin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri olduğunu deyib.
Şair-müəllim Hacıməmməd Məmmədov A.Səlimzadə ilə 1970-ci illərdə “Zəhmətkeş” qəzetində çalışdığı illərdə tanış olduğunu deyib: – O tez-tez redaksiyaya gələr, yeni yazdığı yazıları, şeirləri oxuyardı. Yazılarının dili olduqca sadə idi, Azərbaycan dilinin gözəlliyini həmişə qoruyub saxlayardı.
Nağıllaşan həyat
Bakı Dövlət Universitetinin müəllimi, yazıçı-publisist İntiqam Mehdizadə A.Səlimzadənin yüksək bilik sahibi, istedadlı şair olmaqla yanaşı, alicənab, gülərüz, sözün əsl mənasında gözəl insan olduğunu bildirib.
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblının üzvləri Sahibə Abdullayeva və Qalib Güləliyevin, Aşıq Yanvar, şagirdi Aşıq Elmanın ifaları böyük maraqla dinlənilib.
A.Səlimzadənin qardaşı Əhməd Səlimzadə və nəvəsi Nihad Səlimzadə tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.
Onu da qeyd edim ki, tədbirin ssenari müəllifi Allahyar Muradov, musiqi tərtibatçısı Murad Rzayev olub.
Çinarə Bəhərçinli

Şərh Yaz