Peşə bayramı yüksək nailiyyətlərlə qeyd olundu

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli strukturu olan İsmayıllı Suvarma Sistemləri İdarəsi peşə bayramına diqqət çəkən nailiyyətlərlə gəlir.
İlk olaraq onu qeyd edim ki, burada monolit, qarşıya qoyulan vəzifələrin icrası üçün səfərbər olan bir kollektiv formalaşıb. Sualtı torpaqların suvarma suyu ilə təmin edilməsi, daşqın və sel sularına qarşı mühafizə bəndlərinin quraşdırılması, sahilbərkitmə işlərinin aparılması, suvarma kanallarının təmiri, irriqasiya sistemlərinin səmərəli istismarı idarənin fəaliyyət istiqamətlərindəndir.


Peşə bayramı yüksək nailiyyətlərlə qeyd olunduPeşə bayramı yüksək nailiyyətlərlə qeyd olundu

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli strukturu olan İsmayıllı Suvarma Sistemləri İdarəsi peşə bayramına diqqət çəkən nailiyyətlərlə gəlir.
İlk olaraq onu qeyd edim ki, burada monolit, qarşıya qoyulan vəzifələrin icrası üçün səfərbər olan bir kollektiv formalaşıb. Sualtı torpaqların suvarma suyu ilə təmin edilməsi, daşqın və sel sularına qarşı mühafizə bəndlərinin quraşdırılması, sahilbərkitmə işlərinin aparılması, suvarma kanallarının təmiri, irriqasiya sistemlərinin səmərəli istismarı idarənin fəaliyyət istiqamətlərindəndir.
Peşə bayramı yüksək nailiyyətlərlə qeyd olundu
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin ötən aylarında 108 min kubmetr buldozer işi yerinə yetirilmişdir. Daşqın və sel sularına qarşı mübarizə məqsədilə 140 min kubmetr buldozer, 83 min kubmetr ekskovator və 90 kubmetr sahilbərkitmə işi görülmüşdür. Göyçay-Girdimançay beton nov kanalın 600 metri bərpa olunmuşdur, 200 hektar sahədə meliorativ tədbirlər həyata keçirilmişdir. Lahıc qəsəbəsini sel sularından mühafizə etmək üçün tikilən 200 poqonmetr daş-beton bənddə işlər başa çatmaq üzrədir.
Bunlardan və digər işlərdən Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramının qeyd olunduğu Heydər Əliyev mərkəzində ətraflı danışılmışdır.
Əvvəlcə rayon rəhbərliyi ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri qoyulmuşdur.
Heydər Əliyev Mərkəzində davam edən bayram tədbirində Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov, həmin idarənin işçisi Xuraman Aydınova çıxış etmiş, melioratorlara göstərilən qayğıya, onlar üçün yaradılan səmərəli iş və həyat şəraitinə görə dövlətimizə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin rəhbərliyinə həmişə suvarma sistemləri işçilərinə yardımçı olduğu üçün təşəkkür etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov peşə bayramı münasibətilə iştirakçıları təbrik etmiş, meliorasiya və su təsərrüfatı sahəsindəki dövlət siyasətinin yüksək nəticələrindən danışmış, bir neçə nəfərə RİH başçısının Fəxri fərmanları və pul mükafatlarını təqdim etmişdir.
RİH başçısının aqrar məsələlər üzrə müavini Həsən Həsənov Baş idarənin təbrik teleqramları ilə bayram iştirakçılarını tanış etmişdir.
5 iyun 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzi daha bir təntənəli tədbirin məkanına çevrilmiş – meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı burada yüksək səviyyədə, geniş miqyasda qeyd edilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz