Qəhrəmanlar və qəhrəmanlıqlar unudulmur

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Məhz unudulmayan qəhrəmanlardan biri də İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olan Mahmudov Ərəstun İspəndi oğludur. Pirəbilqasım kəndindən olan Bədəlov Rəhim Rza oğlu tərəfindən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova məktub göndərilmişdi. Məktubda 1918-ci ildə baş verən hadisələr və Qarabağ müharibəsində göstərilən qəhrəmanlıqlar barədə fikirlər əks etdirilmişdir. Xatırlatmaq istərdim ki, bu kənd tarixi keçmişinə sadiq qalmasına görə fəxr olunası kəndlərdən biridir. RİH başçısının Keyvəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Murad Zalovla görüşüb haqqında danışılan kəndə yolandıq. Kənd ağsaqqallarından olan Həbib Baxışovla görüşüb kəndin tarixi keçmişi haqqında məlumat əldə etdik. Məlumata əsasən 1918-ci il mart ayında erməni silahlıları kəndə soxularaq kiçikdən böyüyə kimi kənd əhalisinin hamısını qoz ağacının altına yığaraq onları öldürmək istəyiblər. Zərgəran ermənilərindən biri Fətullah kişini tanıyıb. Ona qohumlarını götürüb kənddən çıxmasını söyləyib. Ermənin dedikləri ilə razılaşmayan Fətullah kişi belə deyib:
– Kənd əhalisi mənim qohum və əqrəbalarımdır, öləcəyiksə hamımız bir ölək.

– Ermənilər belə bir vəziyyətdə kənd əhalisindən pul istəyiblər. Kənddə kimsədə pul olmadığı üçün haqqında əsas söhbət açdığımız qəhrəmanımızın ana babası olan Vahid kişi olan pulunu ermənilərə verərək bir kəndi erməni cəlladlarından azad edib.
Qeyd edim ki, Fətullah kişinin nəvəsi həmin kəndə yaşayan Sahib Xələfovla da görüşdük. Həbib Baxışovun verdiyi məlumatların eynisini eşitdik.
Qəhrəmanlar və qəhrəmanlıqlar unudulmur
Hər iki kənd sakininin məlumatına əsasən Pirəbilqasım kəndinin adamları ikinci dünya müharibəsi illərində yaxın kənd və rayonlara buğda təminatında əlindən gələn köməyi əsirgəməyib. Sonra kənd sakinlərindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan Mahmudov Ərəstun İspəndi oğlu haqqında danışmaqlarını xahiş etdik.
Beləliklə söhbət açacağımız mövzunun qəhrəmanı olan Mahmudov Ərəstun İspəndi oğlu 1956-cı ildə fevral ayının 20-də İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Milli qəhrəmanımız orta məktəbi bitirdikdən sonra arzusuna çatmaq niyyəti ilə Rusiyada Vıborq Texniki Aviasiya Məktəbinə daxil olur və təhsilini bitirdikdən sonra vətənə qayıdır. 1978-ci ildə Zabrat Mülki Aviasiya birliyində bort mühəndisi işləməyə başlayır. Xidməti zamanı o, Azərbaycan Mülkü Aviasiya idarəsinin, rayon komsomol komitəsinin fəxri fərmanlarına layiq görülmüşdür. O, həm də Omsk və Kremençuk şəhərlərində aviasiya ixtisasartırma kurslarını bitirmişdir. ”AN-2” təyyarələri “Aİ-2” və “Mİ-8” vertolyotlarını böyük məharətlə idarə edirdi.
Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Bizim hər birimizin ən böyük arzusu qələbədir. İşğal olunmuş torpaqlarımız, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Xalqımız inanır ki, qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız bu torpağı xilas edəcəkdir.
Ərəstun Mahmudov 1988-ci il Qarabağ münasibətləri başlayan zaman idarə etdiyi Mİ-8 vertolyotu ilə Qarabağın mühasirə şəraitində uçuşlar edir, dinc əhalinin xilası üçün gecəli-gündüzlü çalışırdı. Vertolyot komandiri Viktor Sereyagin, II pilot Səfa Axundov və Ərəstun Mahmudov yaxşı bilirdilər ki, hər uçuşda onları ölüm təhlükəsi gözləyir. 1992-ci il yanvarın 28-də saat 16-20 dəqiqədə Ağdamdan Şuşaya uçan, salonunda 40 nəfər olan Mİ-8 vertolyotu Şuşa səmasında Xankəndi tərəfindən atılan “Stinger” raketi ilə vuruldu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəman adı verildi. Şəhidlər xiyabanında dəfn olundu.
Xatırladım ki, Bakı şəhəri Nizami rayonundakı 220 nömrəli məktəb-liseyi qəhrəmanımızın – Ərəstun Mahmudovun adını daşıyır. Elə həmin məktəbdə də büstü qoyulub. Qəhrəmanımız ailəli idi, 3 övladı vardı. Milli qəhrəmanımız haqqında məlumatı dinlədikcə bu məlumat məni çox təsirləndirdi. Ərəstun Mahmudov vertolyotu ilə öz kəndinə enərək kənd əhalisi ilə görüşüb, onlarla həmsöhbət olmuşdu. Ölümündən sonra milli qəhrəmanımızın xatirəsinə hörmət olaraq kənd sakinləri vertolyot endiyi yerə qoz ağacı əkiblər. Xatırladaq ki, Milli Qəhrəmanımızın oğlu Elnur Mahmudov atasının davamçısı olub. Belə ki, Milli Aviasiya Akademiyasını bitirərək atasının şərəfli peşəsini davam etdirmişdir. Elnur Mahmudov Əfqanıstana uçuşu zamanı terror təşkilatı olan taliblər tərəfindən vurulmuş, bu günə kimi də itkin düşmüşdür.
Bəli, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Onu da deyim ki, şəhidlər qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır.
Nəsimi Teymurov,
İsmayıllı RİH-nin baş məsləhətçisi

Şərh Yaz