Ucuz və keyfiyyətli

Rayonumuzda kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi ənənəvi hal alıb. Yarmarkalar həmçinin, süni qiymət artımının qarşısını almaq məqsədilə təşkil olunur.
Həmin ənənə bayramlar ərəfəsində daha geniş vüsət alır.

Ucuz və keyfiyyətliUcuz və keyfiyyətli
Rayonumuzda kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi ənənəvi hal alıb. Yarmarkalar həmçinin, süni qiymət artımının qarşısını almaq məqsədilə təşkil olunur.
Həmin ənənə bayramlar ərəfəsində daha geniş vüsət alır.
İsmayıllıda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası şəhərin “Qala divarları” qarşısında təşkil olunub. Yarmarka üçün seçilmiş ərazi bazara yaxın, daha doğrusu, bazar yolunun üstündədir. kənd təsərrüfatı məhsullarının satış yarmarkasının belə yerdə təşkili alıcıların ürəyincədir. Bu bazarda olan qiymətlə yarmarkada olan qiyməti olduqca az vaxtda müəyyən etməyi asanlaşdırır.
Ucuz və keyfiyyətli
Ucuz və keyfiyyətli
Yarmarkaların keçirilməsində məqsəd rayon əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasıdır. Satışa çıxarılan məhsulların əksəriyyəti rayonun emal müəssisələrində istehsal olunur. Rayonda fəaliyyət göstərən fermer təsərrüfatları istehsal etdikləri məhsullarla satış yarmarkada təmsil olunub. Alıcılar satışa çıxarılan məhsulların keyfiyyətli və ucuz olmasını razılıqla qarşılayıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz