Sinif konserti – qadınlara hədiyyə
Mart ayının 4-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbi şagirdlərinin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan yaradıcılıq gecəsi olub.
Məktəbin musiqi nəzəriyyəsi müəllimi Ceyran Məmmədova gözəllik rəmzi olan qadına diqqətdən danışıb.
Sinif konserti – qadınlara hədiyyə
Mart ayının 4-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbi şagirdlərinin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan yaradıcılıq gecəsi olub.
Məktəbin musiqi nəzəriyyəsi müəllimi Ceyran Məmmədova gözəllik rəmzi olan qadına diqqətdən danışıb.![]()
![]()
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parça Bəhruz Haşımovun və Samirə Məmmədovanın ifasında səsləndirilib. Şagirdlərin çıxışları böyük həvəslə dinlənilib. ![]()
![]()
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov balaca fidanların çıxışlarına yüksək dəyər verib. Onlara yaradıcılıq uğurları, yeni-yeni nailiyyətlər arzulayıb. İcra başçısı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yüksək inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin ictimai-siyasi həyatında qadınlar fəal iştirak edir. Prezident İlham Əliyev tərəfindən qadınların işgüzarlığının artırılması baxımından xeyli işlər görülüb. Qadınlarımızın səsi dünyanın hər yerində eşidilir. UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, qazanılan uğurların Azərbaycan qadınının qələbəsi olduğu diqqətə çatdırılıb.
Ç.Bəhərçinli
