“Vergi dostları”nın seminarı

12 mart 2014-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Vergi dostları” və İsmayıllı rayon bələdiyyələri əlaqələndirmə şurasının üzvləri ilə seminar keçirilib. Seminarda İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov çıxış edərək vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu haqqında məlumat verib. Eyni zamanda, bələdiyyə ərazilərində vergi ödənişlərinin toplanmasında yaranan problemlər və onların aradan qaldırılması yolları barədə danışıb.

RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov bələdiyyələrin işinin təşkilindəki mövcud problemləri, vətəndaşların vergi ödənişlərini vaxtında etmədiklərini qeyd edib. Bildirib ki, problemlərin aradan qaldırılması üçün bələdiyyələr öz işlərini təkmilləşdirməli, müraciətlərə vaxtında baxmalı, əhali ilə münasibətləri yüksək səviyyədə qurmalıdır.
10 saylı Ərazi Vergilər İdarəsinin rəisi İntiqam Hidayətzadə yerli bələdiyyə vergilərinin ödəyiciləri olan fiziki şəxslərin, sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, vergi və ödənişlərin hesablanması, ödənilməsi, uçotu ilə bağlı metodiki vəsaitlərin tətbiqi, vergi ödəyicisi olan şəxslərin məlumatlandırılması və maarifləndirilməsi prosesinə “Vergi dostları”nın cəlb edilməsindən danışıb.

Mövzu ətrafında çıxışlarda rayon Təhsil Şöbəsinin metodisti Rəşid Məmmədov “Vergi dostları”nın facebook səhifəsinin yaradılmasından, görülən işlərin həmin səhifə vasitəsilə işıqlandırılmasından, Əməkdar müəllim Rövşən Əliyev rayonun Lahıc qəsəbəsində vergi ödənişi üzrə aparılan maarifləndirmə işlərindən, İsmayıllı bələdiyyəsinin sədr müavini Qüdrət Kazımov şəhər ərazisində vergi ödəyiciləri ilə həyata keçirilən əməkdaşlıqdan, vergi borclarının bələdiyyənin xüsusi saytı ilə ödəyicilərin nəzərinə çatdırılmasının əhəmiyyətindən danışıb, Təzəkənd bələdiyyəsinin sədri Azər Bağırov vergi ödənişində ümidsiz borclar məsələsinə toxunub.
10 saylı Ərazi Vergilər İdarəsinin İsmayıllı rayon bölməsinə xidməti avtomobil verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz