Novruz bayramında yanğın təhlükəsizliyi tədbirləri

Yurdumuza bahar gəlir – həmişə sevinclə, səbirsizliklə gözlədiyimiz bahar. Xalqımız həmişə olduğu kimi, milli adət-ənənələrimizə uyğun olaraq baharın gəlişini – Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılayır. İqtisadiyyatın gündən-günə qüdrətləndiyi müstəqil Azərbaycan Respublikasının bütün şəhər və kəndləri bu gün biri-birindən rəngarəng bayram tədbirləri ilə Novruzu qeyd etməyə hazırlaşır.

Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar, o cümlədən Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.
Birinci növbədə qeyd edilməlidir ki, Novruz bayramında əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafında olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.
Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam söndürülməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər.
Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanmış məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrə yığılmış, yana bilən materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.
Uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdır.
Bayram şənlikləri zamanı şam yandırarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və sair yerlərə yapışdırmaq olmaz.
Bayram tədbirləri zamanı müəssisə və təşkilatlar, təhsil ocaqları, xüsusən də internat tipli və sair məktəblər yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.
Milli bayramımızı – Novruzu acı sonluqla başa vurmamaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.
Mehman Məhərrəmov
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal-Qərb Regional DYNS-nin inspektoru, daxili xidmət mayoru

Şərh Yaz