Deməyə sözümüz çoxdur

Son illər rayonumuzda idmana maraq daha da artmışdır. İdmançılarımız müxtəlif yarışlarda mükafata layiq yerlər tutur və rayonumuzun adını ucaldırlar. Rayonda idmanın daha da genişləndirilməsi üçün hər cür şərait yaradılmışdır. Güləş, cüdo, əl topu və sair növlərlə bərabər, rayonda idmanın intellektual sahəsi sayılan şahmata da diqqət artırılmışdır. Bu məqsədlə şəhərimizdə şahmat məktəbi açılmışdır. Məktəb 1982-ci ildə fəaliyyətə başlasa da, müasir tələblərə cavab verən bina 1984-cü ildə istifadəyə verilmişdir. Bundan sonra məktəbin nailiyyətləri də artmağa başladı.
Hazırda məktəbin qarşısına qoyulan tələblər də artmışdır. Bu gün məktəbimizdə 16 nəfər məşqçi-müəllim çalışır. Onlardan 12 nəfəri əsas, 4 nəfəri isə müvəqqəti əmək müqaviləsi ilə işləyir. Məktəbin nəzdində fəaliyyət göstərən 15 qrupda 154 nəfər şagird bu qədim oyunun sirlərini öyrənir. Həmin dərnək üzvlərinin 57 nəfəri qız, 97 nəfəri isə oğlandır.

Şahmatın geniş təbliği üçün qrupların bir qismini orta məktəblərdə yaratmışıq. Şəhər 3, 5, 7, İvanovka, Cülyan məktəblərində, Heydər Əliyev Mərkəzində, tarix diyarşünaslıq muzeyində qruplar, 4 qrup isə şahmat məktəbində fəaliyyət göstərir. Bu qruplarda məşğələ aparanlardan biri FİDE ustası, 3 idman ustalığına namizəd, qalanları isə birinci dərəcəli şahmatçılardır. Fəxrlə deyə bilərik ki, məktəbimiz 2012-2013-cü tədris ilində 24 nəfər I dərəcəli, 23 nəfər II dərəcəli, 12 nəfər III dərəcəli və 12 nəfər də IV dərəcəli şahmatçı yetişdirmişdir.
Şahmat məktəbində tədbirlər planına uyğun olaraq tarixi günlərə, bayramlara həsr edilmiş təsnifat turnirləri, vaxtaşırı birincilik və çempionatlar təşkil olunur. Əlbəttə, yarışların təşkilində məktəbə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi yaxından köməklik göstərirlər.
Deməyə sözümüz çoxdur
Məktəbimizin şahmatçıları 2012-ci ildə bir sıra yarışlarda iştirak etmiş və yüksək nailiyyətlər əldə etmişlər. Bu nailiyyətlər sonrakı ildə də davam etmişdir. Məsələn, 10-16 aprel 2013-cü il tarixdə Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş respublika birinciliyində 14 yaşlı oğlanlar arasında Cəbrayıl Hüseynli I yer tutmuşdur. 24 iyun -04 iyul tarixlərdə Oğuz şəhərində Azərbaycan Silahlı Qüvvələr Gününə həsr edilmiş şahmat turnirində Qəfər Bədəlov on yaşlı oğlanlar arasında I yeri, Aqşin Mirzəyev 16 yaşlılar arasında II yer, Nərmin Hacıyeva 8 yaşlı qızlar arasında III yeri tutmuşdur. Həmin il 09-18 dekabr tarixlərdə Mingəçevir şəhərində keçirilmiş xatirə turnirində Qəfər Bədəlov III yerə çıxmış, Gülşən Allahverdiyeva isə 6 yaşlılar arasında III olmuşdur.
Yeni ildə gənc şahmatçılarımız daha mötəbər yarışlarda çıxış edəcəklər. Çalışırıq ki, beynəlxalq turnirlərdə respublikamızın şərəfini qoruyacaq şahmatçılar hazırlayaq. Bunun üçün imkanlarımız var və onlardan tam istifadə etmək lazımdır.
Nadir Hacıyev,
Azərbaycan Respublikasının “Fəxri bədən tərbiyəsi və idman işçisi”, rayon şahmat məktəbinin direktoru

Şərh Yaz