“Cəsurlar”ın zona birinciliyi

Mart ayının 5-də İsmayıllıda “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona birinciliyi keçirilib.
Öncə Dövlət himni səsləndirilib. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qonaqlara icra başçısının salamlarını çatdırıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Yarışa Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Şamaxı, Ağsu, Göyçay, Hacıqabul və Qobustan olmaqla 9 rayonu təmsil edən məktəblilər qatılıb. Zona birinciliyində iştirak edən komandalar məktəbdaxili və rayon birinciliyində uğur qazanan komandalar olub. “Cəsurlar” sıra hazırlığı, taxta hasarın üstündən keçməklə maneələrin, körpünün üstündən keçməklə xəndəyin dəf olunması, kəndir vasitəsi ilə təhlükəli zolağın qət olunması, yüksəkliyə dırmanma və enmə, sürünməklə maneələrin dəf olunması, “istehkamda” yerləşməklə hədəfə qumbara atma və sair kimi 10 mərhələdə qüvvələrini sınayıblar.
Yarışmanın yekun nəticələrinə görə, Zərdab, Hacıqabul və Kürdəmir rayonlarının komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutub. Zərdab və Hacıqabul rayonlarını təmsil edən komandalar aprel ayında keçiriləcək respublika birinciliyinə vəsiqə qazanıblar.
Səadət Rəhimova

Şərh Yaz