Tennis üzrə rayon birinciliyi

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Uşaq Gənclər İdman Məktəbində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş məktəbli qızlar və oğlanlar arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir. Gərgin və maraqlı keçən yarışda qızlar arasında I yerə Aybəniz Bədəlova, II yerə Ruziyə Əliyeva, III yerə Günay Xəlilli, oğlanlar arasında isə I yerə Yusub Familli, II yerə Vüqar Mirzəyev, III yerə Qamət Şəfalı layiq görülmüşdür.

*
Həmin günlə əlaqədar gənclər arasında kross qaçışı üzrə rayon birinciliyi də keçirilmişdir. Yarış aşağı avtovağzaldan başlanıb rayon İcra Hakimiyyətinin qarşısındakı finiş xəttində sona çatmışdır. Yarışda 40 nəfərə yaxın idmançı iştirak etmişdir. I yerə İsmayıllı Peşə Tədris Mərkəzinin şagirdi Rəşad Soltanlı, II və III yerlərə Talıstan kənd tam orta məktəbinin şagirdləri layiq görülmüşdür.
Taleh Məhərrəmov

Şərh Yaz