Müəllim dərsə necə hazırlaşmalıdır?

Dərsin elmi-nəzəri, metodiki və pedaqoji səviyyəsini yüksəltmək üçün müəllimin öz fənnini yaxşı bilməsi çox vacibdir. Müəllim dərsə necə hazırlaşmalıdır? Pedaqoji ədəbiyyatlarda bunun üç istiqaməti qeyd edilir:
Birincisi, ümumi hazırlıqdır. Yəni, hər bir müəllim elmi-metodiki, pedaqoji, psixoloji, bədii əsərlərin mütaliəsi ilə daim məşğul olmalıdır.

Müəllim dərsə necə hazırlaşmalıdır?Müəllim dərsə necə hazırlaşmalıdır?

Dərsin elmi-nəzəri, metodiki və pedaqoji səviyyəsini yüksəltmək üçün müəllimin öz fənnini yaxşı bilməsi çox vacibdir. Müəllim dərsə necə hazırlaşmalıdır? Pedaqoji ədəbiyyatlarda bunun üç istiqaməti qeyd edilir:
Birincisi, ümumi hazırlıqdır. Yəni, hər bir müəllim elmi-metodiki, pedaqoji, psixoloji, bədii əsərlərin mütaliəsi ilə daim məşğul olmalıdır.
Müəllim dərsə necə hazırlaşmalıdır?
İkincisi, müəllim proqram üzrə dərsə hazırlaşmalıdır. Bu, adətən, yay aylarında olur. Müəllim bu vaxt tədris etdiyi fənnin proqramını və dərsliyini əldə edib proqramla yaxından tanış olur, onda olan dəyişikliklərə, yəni hansı mövzuların çıxarılıb, hansı mövzuların salındığı ilə maraqlanır. Yeni çap olunmuş dərslik və dərs vəsaitləri ilə tanış olur.
Üçüncüsü, müəllim hər gün mövzular üzrə dərsə hazırlaşmalıdır. Aydındır ki, müəllim bu vaxt konkret olaraq hansı mövzu üzrə hazır olacağını dəqiq bilir. Müəllim həm öyrətməli, həm də durmadan biliyini artırmalıdır. Müəllim öz biliyini müntəzəm olaraq iştirak etdiyi elmi-praktik konfranslarda və ya müntəzəm mütaliə yolu ilə artıra bilər.
Müəllimlik peşəsi yaradıcılıq, təşəbbüskarlıq tələb edən fəaliyyət sahəsidir. Müəllim meyli, marağı, qabiliyyəti müxtəlif olan şagirdlər üzərində iş aparır. Ona görə də müəllim uşaq psixologiyasını, onların fərdi xüsusiyyətlərini nəzərə almağı, hər bir şagirdə fərdi yanaşmağı bacarmalıdır. İşin hər bir sahəsində müəllimdən yüksək ustalıq, yaradıcılıq, pedaqoji məharət və metodiki hazırlıq tələb olunur.
Dərsin səmərəli idarə edilməsi təlim prosesini təkmilləşdirən ən mühüm istiqamətlərdən biridir. Bəs, dərsi idarə etmək nə deməkdir? Bu o deməkdir ki, dərsdə yüksək intizam olmalı, şagirdlərin idrak və əməli fəaliyyətləri lazımi cəhətə düzgün yönəlməli, şəraitə uyğun olaraq dərsin metodik quruluşu düzgün qurulmalı, dərsin hər bir dəqiqəsindən və müxtəlif vasitələrdən səmərəli istifadə olunmalı, dərs əvvəldən tərtib olunmuş plana uyğun aparılmalı, dərs prosesində səmərəli tədris şəraiti yaradılmalıdır.
Müəllim öz fənninin tədrisində hazırlıq səviyyəsinə həmişə diqqət yetirməlidir. Hər bir müəllim ümumi elmi və pedaqoji hazırlığa malik olmaqla yanaşı, gündəlik olaraq növbəti dərslərə ciddi hazırlaşmalıdır. Bir saatlıq növbəti dərsə hazırlıq dərslərə hazırlaşmağın son mərhələsidir. Növbəti dərsə hazırlaşarkən müəllim proqram və dərslik əsasında dərsin məzmununu, mövzudan asılı olaraq onun tipini, quruluşunu, şagirdlərə iş formalarını (frontal, qrup, fərdi) mənimsəyir. Müəllim, həmçinin, dərsin konkret təhsil, tərbiyə vəzifələri və şagirdlərin inkişafı məsələlərini, dərsə tətbiq edəcəyi üsulları özü üçün dəqiqləşdirir. Bu vaxt dərsliklə yanaşı, əlavə mənbələr də araşdırılır, mövzuya uyğun faktlar və hadisələr düşünülüb tapılır. Müəllim növbəti dərsdə sinifdə görüləcək işlərə-dil dərsləri üçün müvafiq çalışmaların həllinə, texniki fənlər üçün isə lazımi cihazların yoxlanılmasına lazım olacaq əyani və TTV-nin seçilməsinə diqqət yetirməlidir.
Müəllim dərsin məqsədi və məzmununu aydınlaşdırdıqdan sonra hər mərhələdə tətbiq edəcəyi təlim üsullarını, dərsdə sorğunu hansı üsullarla aparacağını, yəni biliyi necə mənimsədəcəyini, əyani və TTV-dən nə zaman istifadə edəcəyini, əks əlaqəni necə yaradacağını, müasir təlim metodlarından necə istifadə edəcəyini, hansı şagirdlərlə fərdi iş aparacağını və s. müəyyən etməlidir. Növbəti dərsə hazırlıq, aydındır ki, dərsin planının tərtibi ilə başa çatmalıdır. Bir neçə on illərdir ki, “dərsin planı” əvəzində məktəblərin çoxunda “gündəlik” termini işlənir. Necə işlənməsindən asılı olmayaraq müəllim növbəti dərsə hazırlaşmalı və gündəlik tutmalıdır. Gündəlik məktəb üçün əhəmiyyətli bir sənəddir.
Gündəliyin yazılmasının iki başlıca məqsədi vardır: Birincisi, müəllimin növbəti dərsə hazırlığını təmin edir. İkincisi, müəllimin dərsə necə hazırlaşdığını yoxlamaq, onlara əməli kömək göstərmək üçün məktəb rəhbərlərinə imkan yaradır. Hər bir dərsin keyfiyyətinə onu tədris edən müəllimlə yanaşı, məktəb rəhbərləri də cavabdehdirlər. Ona görə də məktəb direktoru və onun təlim-tərbiyə işləri üzrə müavinləri müəllimin dərsə necə hazırlaşmaları üzərində nəzarəti həyata keçirməlidirlər.
Dərsə hazırlaşmaq, hər bir dərsin planını (gündəliyi) tərtib etmək müəllimin vacib vəzifəsidir. Bu məsələ ümumdövlət, ümummilli əhəmiyyəti olan məsələdir. Mərhum akademik, maarifimizin böyük bilicisi, pedaqogika elminin korifeyi M.Mehdizadə yazirdi ki, dərsdə təlim-tərbiyə işinin səviyyəsinin yüksəldilməsi məsələsi əsasən dərsin planlaşdırılması və aparılması keyfiyyətindən asılıdır.
Seymur Abbasov,
Talış kənd ümumi orta məktəbinin direktoru

Şərh Yaz