Siz tək deyilsiniz!

Fazil Əzimov adına İsmayıllı İncəsənət Məktəbinin müəllimləri – Jalə Qədirova və Xəyalə Bədəlovanın budəfəki sinif konsertləri fərqli şəkildə keçirilib. Daha geniş kütləni əhatə edən konsert, İsmayıllı UADM-ın xüsusi qayğı göstərdiyi, fiziki imkanları məhdud olan uşaqlar üçün təşkil edilmişdi.
Siz tək deyilsiniz!

Fazil Əzimov adına İsmayıllı İncəsənət Məktəbinin müəllimləri – Jalə Qədirova və Xəyalə Bədəlovanın budəfəki sinif konsertləri fərqli şəkildə keçirilib. Daha geniş kütləni əhatə edən konsert, İsmayıllı UADM-ın xüsusi qayğı göstərdiyi, fiziki imkanları məhdud olan uşaqlar üçün təşkil edilmişdi.
Siz tək deyilsiniz!
“Siz tək deyilsiniz!” adı altında keçirilən konsertə maliyyə dəstəyini YAP İsmayıllı rayon təşkilatı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon təşkilatı, Cülyan bələdiyyəsi göstərib.
Siz tək deyilsiniz!
YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, İsmayıllı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Murad Məhərrəmov çıxış edərək Novruz bayramının adət-ənənələri haqqında məlumat verib, təşəbbüsü alqışladıqlarını deyib, eləcə də bu qəbildən olan uşaqlara göstərilən dövlət qayğısından danışıblar.
Siz tək deyilsiniz!
Çıxışlardan sonra konsertə start verilib. Yaşlarının az olmasına baxmayaraq, istedadlı uşaqlar fortepianoda, tarda və skripkada gözəl musiqilər ifa ediblər. Fiziki imkanları məhdud olan uşaqlar şeirlər söyləyib, xoş arzularını çatdırıblar.
Şair Şahməmməd Dağlaroğlu konsertin təşkilatçılığından razılıq edib, yaradıcılığından şeirlər söyləyərək uşaqları bayram münasibəti ilə təbrik edib.
Siz tək deyilsiniz!
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti Gülnar Mikayılova, Cülyan bələdiyyəsinin sədri Pərviz Qədirov, məktəbin müəllimləri Zərifə Novruzova, Gülşən Nəbiyeva, Ceyran Məmmədova, direktor müavini Nazim Aydınov çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik ediblər.
Siz tək deyilsiniz!
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, maliyyə dəstəyi göstərən təşkilatlar tərəfindən hədiyyələr təqdim edilib.
F.Əzimov adına İsmayıllı İncəsənət Məktəbinin direktoru Elşən Süleymanov kütləvi tədbirlərdə fəal iştirak edən və nümunəvi davranışları ilə fərqlənən bir qrup şagirdi Tərifnamə ilə təltif edib.
Ç.Bəhərçinli

Şərh Yaz