Həmrəyliyimizin parlaq təcəssümü

YAP İsmayıllı rayon təşkilatı milli azlıqların yaşadığı İvanovka kəndində məktəb kollektivi və ərazi ilk partiya təşkilatı ilə birgə “Novruz bayramı birliyimizin və həmrəyliyimizin parlaq təcəssümüdür” mövzusunda tədbir keçirib.
Həmrəyliyimizin  parlaq təcəssümüHəmrəyliyimizin parlaq təcəssümü

Tədbiri giriş sözü ilə İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin açıb. O, Novruz bayramının insanları daha da doğmalaşdırdığını, onlara sevinc, xoş duyğular bəxş etdiyini qeyd edib. O, respublikamızda yaşayan bütün milli azlıqların bu bayramı əziz bayramı kimi dəyərləndirdiyini, azərbaycanlı qardaş və bacıları ilə birgə bir süfrə arxasında, bir tonqal ətrafında şən əhval-ruhiyyə ilə keçirdiklərini deyib və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.
Daha sonra çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova Novruz bayramının tarixindən, bu bayramın xalqımızın milli-mənəvi dəyərləri sırasında çox mühüm əhəmiyyət kəsb etdiyindən danışıb. Natiq bu bayramın geniş miqyasda və möhtəşəm qeyd olunması üçün ölkə başçısının hərtərəfli diqqət və qayğı göstərildiyindən danışıb.
Ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalan cənab İlham Əliyev bayram günü ailə üzvləri ilə xalqın içərisində olur, hamı ilə birgə ümumrespublika şənliklərində iştirak edir, rəhbəri olduğu ölkə vətəndaşlarının sevincinə şərik olur. Bu isə xalqla, sadə insanlarla dövlətin birliyinin və həmrəyliyinin parlaq nümunəsi, əyani sübutudur.
Çıxışının sonunda Ə.Vahabova bütün tədbir iştirakçılarını Novruz bayramı münasibətilə bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda İvanovka kənd tam orta məktəbi şagirdlərinin bayram şənliyi keçirilib.
R.Qasımov

Şərh Yaz