Xoş və xeyirli olsun

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi könüllülərini bir araya toplayıb xalqımızın qədim və zəngin adət-ənənələrini özündə yaşadan Novruz bayramını qeyd etdi.
Xoş və xeyirli olsun
Xoş və xeyirli olsun

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi könüllülərini bir araya toplayıb xalqımızın qədim və zəngin adət-ənənələrini özündə yaşadan Novruz bayramını qeyd etdi.
Xoş və xeyirli olsun
Bayram şənliyini giriş sözü ilə, özünəməxsus tərzdə – “Məni uşaq bilməyin” deyərək açan Mərkəzin ən kiçik könüllüsü Nilufər Çələbiyeva oldu. Tədbirin iştirakçılarına xoş arzularını çatdıran Nilufər hamını bayram münasibəti ilə təbrik etdi. Gözəl bir rəqslə şənliyə xoş ovqat gətirdi.
Xoş və xeyirli olsun
Bir-birindən oynaq musiqi sədaları altında rəqslərdən sonra müxtəlif əyləncəli oyunlar keçirildi. Təşkil olunmuş əyləncəli yarışların qaliblərinə bayram xonçalarının bəzəyi olan rəngli yumurtalar verildi. Gənclər biri-biriləri ilə yumurta döyüşdürdülər.
Çinarə Bəhərçinli “Qadın ürəyi” adlı şeiri söyləyərək tədbirin iştirakçılarına bayram təbrikini çatdırdı.
Bayram xonçasının şirin təamları ilə çay süfrəsi arxasında söhbətləşən gənclər sonda, gələn baharın hamı üçün xoş və xeyirli olması arzusu ilə ayrıldılar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz