Həzin duyğularla görüş

Həzin musiqi altında dünənin şagirdləri – bu günün tələbələri öz sevimli müəllimləri ilə görüşürdülər. Daima ünsiyyətdə olduğumuz məktəbli balalar biz müəllimlərin sevinc payımızdır. Mənəvi dünyamızı saflaşdıran şagirdlərimizi ana məhəbbəti ilə sevərək təlim-tərbiyəs edirik. Onları işıqlı, uğurlu yollara aparan pillələrdə əllərindən tutaraq yüksəkliklərə səsləyirik.Həzin duyğularla görüş
Ömrümün ən şirin, duyğulu, qayğısız anları…

Həyat mübarizə meydanıdır, sınaq məktəbidir. Şagirdlərimizə mənəvi-əxlaqi dəyərlərə, insani keyfiyyətlərə malik olduqlarını aşılayırıq ki, həyatın çətin sınaqlarından üzüağ çıxa bilsinlər.
İllər hədər ötmür. Əziyyətimizin bəhrəsini Talıstan kənd tam orta məktəbində, 8 fevral 2014-cü il tarixində keçirilən “Xoş gəlmiziniz, əziz tələbələrimiz!” adlı görüşdə bir daha gördük. Çox sevindik. Görüşdə məktəbin direktoru Aydın Əzizov, müəllimlər, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov, RİH başçısının Talıstan kəndi üzrə nümayəndəsi Sihhət Şirəliyev, Talıstan bələdiyyəsinin sədri Şaiq Məhərrəmov, 45 tələbə X-XI sinif şagirdləri iştirak edirdi.
Tədbiri məktəb direktoru Aydın Əzizov açdı, tələbələri salamladı, ürək sözlərini söylədi. Şagirdlərimizi tələbə adı qazandıqlarına görə təbrik etdi.
RİH başçısının müavini Həsən Həsənov tələbələri təbrik etdi. O, dövlətimizin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışdı. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatları diqqətə çatdırdı. Ölkədə bütün sahələrdə əldə olunan nailliyyətlərin gənclərdən də yan keçmədiyini söylədi. RİH başçısı cənab Mirdaməd Sadıqovun rayonda yaratdığı işgüzar mühütdən danışdı və gənclərimizi bu mühütə daha fəal olmağa səslədi .
Çıxış edən S.Şirəliyev, Ş.Məhərrəmov tələbələri təbrik etdilər.
İbtidai sinif müəllimi, bu sətirlərin müəllifi Cəbrayılova Surə bütün tələbələri salamladı, onları təbrik etdi. Şagirdləri – 667 balla ADTU-ya daxil olmuş Orxan Ağamirzəyev, 606 balla ADTU-ə daxil olmuş İlyas Bağırov, 500-dən yuxarı balla tələbə adını qazanan Xatirə Babayeva və Təravət Eyvazlı ilə öyündüyünü, fəxr etdiyini söylədi. Tələbələri vətənin laiqli vətəndaşları olmağa səslədi.
Tədris işləri üzrə direktor müavini X.Mürşüdov, İ.Hüseynova, G.Babayeva, F.Xəlilova, G.Məhərrəmova və digər müəllimlər ürək sözlərini söylədilər. Tələbələrə yeni uğurlar arzuladılar. Çıxış edən tələbələr müəllimlərin onlar üçün kifayət qədər əzab-əziyyət çəkdiklərini qayğılarına qalmalarını qeyd etdilər. Bu səbəbdən məktəbə müəllimlərə borcluvə minnətdar olduqlarını bildirdilər.
Şagirdlər adından Vüsalə Həmzəyeva tələbələri təbrik etdi. Calışıb, tələbə adını qazanacağına söz verdi.
Çıxış edənlər görüşü təşkil edənlərə: məktəbin direktoru A.Əzizova, UBTR-in rəhbəri G.Balakişiyevaya minətdarliqlarını bildirdilər. Görüş musiqi sədaları altında davam etdi.
Sonda xoş arzularla ayrıldıq.
Surə Cəbrayılova,
E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi

Şərh Yaz