Xocalı faciəsi anılıb

Həşim Əsədov adına Vəng kənd tam orta məktəbində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Xocalı faciəsi anılıb

Həşim Əsədov adına Vəng kənd tam orta məktəbində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Ş.Cəfərov çıxış edərək xocalılara qarşı törədilən bu cinayətin dünyada tayı-bərabəri olmayan bir soyqırım olduğunu deyib. Bildirib ki, tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə yüzlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, 8 ailənin yer üzündən silinməsi şəhərin yerlə yeksan edilməsi ilə nəticələnib.
Məktəbin müəllimləri heç bir yırtıcının qadir olmadığı vəhşilikdən artıq qəddarlıq nümayiş etdirən erməni xislətinin bəşəriyyət üçün böyük təhlükə olduğunu deyib.
Tədbir məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Məktəblilər düşmənə nifrətlərini ,Vətənə sevgilərini nümayiş etdiriblər. Gülçöhrə Məmmədova, Selcan Məmmədli, Səlmi Quliyeva, Rəfail Əhmədov, Şəhla Hüseynova, Fidan Cəlalova, Elnarə Məmmədova, Şəbnəm Qasımova, Rauf Allahverdiyev, İbrahim Ağayev ədəbi-bədii kompozisiyada iştirak ediblər. 6-cı sinif şagirdlərinin hazırladığı şeirlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən tapdağından azad olunacağına inam ifadə olunub.
Yağı düşmən bilsin ki, tezliklə
Vətən zəfər güllərini dərəcək,
Qisasımız qiyamətə qalmayacaq!
Son qərarı misri qılınc verəcək!
Taleh Orucov,
Vəng kənd tam orta məktəbin IX sinif şagirdi

Şərh Yaz