Rayon fəallarının yığıncağı

Rayon fəallarının yığıncağı
Rayon fəallarının yığıncağı

Fevral ayının 12-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunan konfransın yekunları ilə əlaqədar rayon fəallarının yığıncağı keçirilib.

İctimaiyyət nümayəndələri ilə yanaşı, hüquq-mühafizə orqanlarının və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi tədbirdə il ərzində həyata keçirilən sosial proqramlar təhlil olunub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkə iqtisadiyyatının dinamik inkişafında, uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət Proqramının mühüm rol oynadığını deyib. O bildirib ki, aparılan məqsədyönlü və kompleks tədbirlər sayəsində ölkəmizin regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. İcra başçısı yaxın zamanlarda yeni layihələrin icrası istiqamətində görüləcək işlər haqqında danışıb.
Çıxış edənlər İsmayıllıda son bir ildə görülən işlərdən razılıqlarını bildirib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunan konfransın önəmini qeyd ediblər.
Görüşdə Prezident İlham Əliyevin avqustun 14-də rayona baş tutan səfəri diqqət mərkəzində olub. Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini deyiblər.
Ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri olan sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq sahələrində əldə edilən nailiyyətlərdən də söz açılıb.
Rayonda yeni avtovağzalın tikilməsi, su-elektrik stansiyasının, tikiş fabrikinin fəaliyyətə başlamasının, görülən digər işlərin sakinlərin sevincinə səbəb olduğu diqqətə çatdırılıb.
Ç.Bəhərçinli

Şərh Yaz