Məsləhətləşmələr faydalıdır

Məsləhətləşmələr faydalıdırMəsləhətləşmələr faydalıdır
Görüləcək işlərə görə rayonun ağsaqqalları və gənclərilə məsləhətləşmə aparmaq ənənəsinə sadiq qalan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun perspektiv inkişaf layihələrinin müzakirəsi məqsədi ilə görüş keçirib.
Məsləhətləşmələr faydalıdır
Rayon təhsil şöbəsinin iclas zalında baş tutan tədbirdə M. Sadıqov görülən işlər, perspektiv vəzifələr, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı layihələr üzrə geniş məlumat verib. O, hər səmərəli arzu və təklifin görüləcək işlər zamanı nəzərə alınacağını bildirib.
Tədbirdə çıxış edən Ağasəf Əliyev, Şahmurad Şirəliyev, İsmayıl Bünyatov, Narxanım Əkbərova, Aslan Aslanov, Yunus Məmmədov, Abduləli Əliyev problemlərin həllinə yönəldilmiş diqqətə, vətəndaşlara göstərilən davamlı qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər mövcud problemlərdən – bazarda və şəhərin bəzi məhəllələrdə hökm sürən antisanitariyadan, müalicə məqsədilə sanatoriya yollayışlarının azlığından və digər məsələlərdən danışiblar.
Yığıncaqda memar Vüsal Abdullayev 2014-cü ildə icrasına start veriləcək layihələri monitorda nümayiş etdirib və hər layihə barəsində izahat verib.
Nümayış edilən yeni bazar layihəsi ağsaqqal və ağbirçəklərin tərəfindən böyük razılıqla qarşılanıb.
Yığıncaq iştirakçıları rayonun sosial-iqtisadi inkişafın bacarıqları çərçivəsində töhfə verə biləcəklərindən məmnun qaldıqlarını və buna hər zaman hazır olduqlarını bildiriblər .
“İsmayıllı xəbərləri”

Şərh Yaz