Yeni istehsal müəssisəsi

Fevral ayının 14-də İsmayıllı rayonunda fəaliyyət göstərən “İstehlakçı KM”-də əhəng sexinin əsaslı təmirdən sonra açılışı olub.
Yeni istehsal müəssisəsi
Yeni istehsal müəssisəsi

Fevral ayının 14-də İsmayıllı rayonunda fəaliyyət göstərən “İstehlakçı KM”-də əhəng sexinin əsaslı təmirdən sonra açılışı olub.
Məlumat üçün bildirək ki, maliyyə çatışmazlıqları üzündən müəssisə xeyli vaxt idi ki, fəaliyyətini dayandırmışdı. Rayonda son bir ildə sahibkarlığın inkişafı, yeni istehsal sahələrinin açılması üçün yaradılmış münbit şərait bu müəssisənin yenidən işə salinmasına təkan verib.
Yeni istehsal müəssisəsi
Əhəng sexinin yenidən işə salınmasının açılış tədbirində iştirak edən İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev çıxışında bildirib ki, rayonda yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması işsizliyin aradan qaldırılmasına kömək göstərəcək. Bu da öz növbəsində onlarla ailənin maddi vəziyyətinin yaxşılaşdırılmasına, yüksək keyfiyyətli əhəng materialına olan tələbin ödənilməsinə səbəb olacaq.
Qeyd edək ki, “İstehlakçı KM”-nin işə saldığı əhəng sexinin aylıq istehsal gücünün 300-600 ton olacağı müəyyənləşdirilib. Sexdə həmçinin yerli çay daşlarından divar və döşəmə örtüyünə yararlı üzlük lövhələr də istehsal ediləcək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz