Zakir Qaralov vətəndaşları qəbul edib

Respublikanın Baş prokuror Zakir Qaralov fevral ayının 14-də İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. Zakir Qaralov vətəndaşları qəbul edib
Respublikanın Baş prokuror Zakir Qaralov fevral ayının 14-də İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Kürdəmir və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.
Zakir Qaralov vətəndaşları qəbul edib
Qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, abidə önünə tər güllər düzüblər.
Qəbulda Baş prokuror bölgədə yaşayan 50-yə yaxın vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və mütəşəkkil şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz