İlk gəlişdən razılıq

İlk gəlişdən razılıq
Fevral ayının 11-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşini qəbul edib.
Qəbul zamanı İto və İsmayıllı şəhərləri arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qəbulun gedişində RİH başçısı Mirdaməd Sadıqov İsmayıllının tarixi, təbiəti, insanların məşğuliyyəti və digər sahələr barədə səfirə geniş məlumat verib. Bununla yanaşı icra başçısı Yaponiya hökumətinin maliyyə dəstəyi ilə rayonun infrastrukturuna verilən töhfələrdən söz açıb, ona görülən işlərə görə təşəkkürünü bildirib. M.Sadıqov həmçinin İsmayıllı-İto dostluq əlaqələrindən, əlaqələrin genişləndiriləcəyindən, qardaşlaşmış xalqlar üçün hərtərəfli əməkdaşlığın əhəmiyyətindən danışıb.
İsmayıllıya ilk dəfə gəldiyini deyən Tsuquo Takahaşi buranın təbiətinə heyran qaldığını dilə gətirib. O bildirib ki, İsmayıllı ilə İtonun qardaşlaşması Azərbaycan və Yaponiya ölkələri arasındakı sıx dostluq əlaqələrindən xəbər verir.
Tsuquo Takahaşi şəhərin Mican ərazisində Yaponiya hökumətinin Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi hesabına tikilən uşaq bağçasına gələrək, burada yaradılan şəraitlə yaxından tanış olub. Bağça uşaqları Azərbaycan və ingilis dillərində şeirlər söyləyiblər. Səfir uşaqlar üçün bağçada yaradılan gözəl şəraitdən razılığını bildirib.
Tsuquo Takahaşi Heydər Əliyev Parkında salınmış Yapon bağını ziyarət edib.
Ş. Soltanov

Şərh Yaz