Üç açılışın sevinci

Üç açılışın sevinci
Yanvar ayının yağıntısız keçməsi qışdan qar gözləyənləri narahat etsə də, İsmayıllı rayon Qaz İstismarı Sahəsinin işçilərinin ürəyincə oldu. Belə ki, rayonun Diyallı kəndində qaz xəttinin çəkilişində son tamamlama işlərinin aparılması üçün çox əlverişli hava şəraiti vardı. Sanki təbiət də bu işin başa çatmasını gözləyirdi.Üç açılışın sevinci
Yanvar ayının yağıntısız keçməsi qışdan qar gözləyənləri narahat etsə də, İsmayıllı rayon Qaz İstismarı Sahəsinin işçilərinin ürəyincə oldu. Belə ki, rayonun Diyallı kəndində qaz xəttinin çəkilişində son tamamlama işlərinin aparılması üçün çox əlverişli hava şəraiti vardı. Sanki təbiət də bu işin başa çatmasını gözləyirdi.
Üç açılışın sevinci Üç açılışın sevinci
Yanvar ayının 30-dan 31-ə keçən gecə yağan qar ətrafa – dağlara, düzlərə, yollara ağ örtük çəkdi. Rayon mərkəzindən çox da aralı olmayan Diyallı kəndinə fevral ayının 1-də yol boyu arzuladığımız qış mənzərələrini seyr edə-edə çatdıq. İzdihama qatılanların hamısının üzündə, qəlbində cevinc vardı. Bu gün kənddə hamının xatirəsinə sevincin sevincə qarışdığı gün kimi daxil olacaq. Necə də sevinməsənlər?!
20 ildən artıq təbii qazın verilişindən məhrum olmuş böyük bir kəndə yenidən qaz çəkilib, asfalt yol salınıb, içməli suya olan tələbatın ödənilməsi üçün subartezian quyusu qazılıb. Sadalanan yeniliklərin sevincini bərabər yaşamaq üçün rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun iştirakı ilə fevral ayının bu qarlı, şaxtalı günündə Diyallı kənd sakinləri, rayonun əlaqədar təşkilatlarının nümayəndələri bir araya gəliblər.
Tədbirə qatılmağı ilə kənd sakinlərinin sevincini, coşqusunu daha da artıran Mirdaməd müəllim mərasimin açılışı üçün kəndin ağsaqqalına söz verir.
Kəndin ağsaqqalı Ramazan Bağırov təbii olaraq qonaqları salamlayır və kənddə son bir neçə ayda görülən işlərdən söz açdı. Görülən işlərdə diqqət və qayğısı, zəhməti olanlara sakinlər adından minnətdarlıq etdi. Ağsaqqal dövlətimizin gücü, qüdrəti, ona rəhbərlik edən prezident İlham Əliyevin işgüzarlığı barədə inamlı, layiqli fikirlər söylədi. İsmayıllı rayonuna Mirdaməd Sadıqovun başçı təyin edilməsinin ismayıllılar üçün əhəmiyyətindən söz açdı.
Kəndin sakini, Əkbər Şəfaqətov yaşadığı kəndə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə etdi. O bildirdi ki, dövlətə və dövlətçiliyə həmişə sədaqət nümayiş etdirmiş Diyallı camaatı bundan sonra da onlara qayğı ilə yanaşanlara sevgi ilə dəyər verəcəkdir.
Kəndin dini icmasının rəhbəri, tanınmış pəhləvan Hikmət Əhmədov göstərilən diqqət və qayğının cavabsız qalmayacağına əminliyini bildirdi. O, həmçinin bildirib ki, yanacaq məqsədi ilə qırılan meşələrimiz artıq təbii qaydada bərpasını tapacaq, kənd ətrafında təbiət zənginləşəcək, yeni görkəm alacaq.
Razılıq və minnətdarlıq dolu çıxışlardan sonra kəndin ağsaqqalı mavi yanacaq verilməsinin rəmzi məşəlini yandırdı.
RİH başçısı M.Sadıqov uğurlu yeniliklər münasibəti ilə kənd sakinlərini təbrik etdi. Onlara uzun illər arzusunda olduqları rahat yoldan, mavi yanacaqdan, içməli sudan xeyirlı günlərdə, can sağlığı ilə istifadə etmələrini arzuladı. O qeyd etdi ki, dövlətimiz üçün insan amili ən önəmli məsələlərdən biridir. Respublikada bütün istiqamətlərdə görülən işlər yalnız və yalnız vətəndaşların maddi rifahı və xoşbəxt yaşaması üçündür.
Açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və “Azəriqaz” İstehsalat Birliyinə, onun rayonda, xüsusilə də Diyallı kəndində çalışan nümayəndələrinə təşəkkür etdi.
Rayon Qaz İstismarı Sahəsinin rəisi Eldar Səlimzadədən aldığımız məlimat göstərir ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, İsmayıllı rayonunun kəndlərinə yeni qaz xəttlərinin çəkilməsi və bərpa edilməsi davam edir. İsmayıllı rayonunun Diyallı kəndinə keçən ilin ikinci rübündən başlanan yeni qaz xəttinin çəkilişi başa çatdı və sakinlər mavi yanacaqla təmin olundular.
Dövlət başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirilir. Diyallı kəndində sakinlərin mavi yanacaqla təminatı üçün ümumilikdə 28118 paqonnımetr müxtəlif diametrli qaz xətinin çəkilisi aparılıb, 388 vətəndaşın mənzilinə yeni qaz sayğacları quraşdırılmaqla işlər başa çatdırılıb. Qaz xəttinin küçələrdəki yeraltı keçid hissələri izolyasiya edilib. Borular rənglənib. Əhali ilə qazdan təhlükəsiz istifadə barəsində maarifləndirmə işi aparılıb. Diyallı kəndinin ətraf ərazilərinin də yaxın vaxtlarda qazlaşdırılması nəzərdə tutulur.
Diyallı kəndində əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə yeni artezian quyusu qazılıb. Kənd sakinlərinin böyük sevinc yaşadıqları bu gündə kəndin şəhid övladlarının xatirəsinə tikilən bulağın da açılışı bu günə təsadüf edib. Daha bir yeniliyin – kənd yoluna asfalt örtük döşənməsinin sevincini bərabər yaşamaq kənd sakinlərinə və tədbirdə iştirak edənlərə nəsib olub.
Bir kənddə üç əlamətdar açılışa şahidlik edən sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz