Erkən nikahın ziyanları

Erkən nikahın ziyanları
Erkən nikah cəmiyyətimizin bəlalarındandır. Ölkənin sürətlə inkişaf etdiyi bir dövrdə təəssüf ki, belə problemlər qalmaqdadır. Bəzi valideynlər övladlarının istəklərinə məhəl qoymayaraq onları erkən nikaha cəlb edirlər. Belə halların qarşısını almaq üçün məktəblərdə mütəmadi iş aparılmalıdır. Erkən nikahın ziyanları
Erkən nikah cəmiyyətimizin bəlalarındandır. Ölkənin sürətlə inkişaf etdiyi bir dövrdə təəssüf ki, belə problemlər qalmaqdadır. Bəzi valideynlər övladlarının istəklərinə məhəl qoymayaraq onları erkən nikaha cəlb edirlər. Belə halların qarşısını almaq üçün məktəblərdə mütəmadi iş aparılmalıdır.
Erkən nikahın ziyanları Erkən nikahın ziyanları
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Erkən nikaha yox deyək” devizi altında tədbir keçirilib. Tədbirdə yuxarı sinif şagirdləri, müəllimlər iştirak edib.
RİH-in hüquq şöbəsinin müdiri Valeh Hüseynov bildirib ki, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırır.
Məktəblilərə erkən nikahın hüquqi, tibbi, psixoloji ziyanları barədə məlumat verilib. Bildirilib ki, erkən nikah zamanı qızlar ailə həyatına hazır olmadıqları üçün boşanmaların sayı artır. Bu sahədə maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda erkən nikahın qurbanlarının acı talelərindən bəhs edən film nümayiş etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz