Görülmüş və görüləcək işlər

Görülmüş və görüləcək işlər
Görülmüş və görüləcək işlər

Hacıhətəmli inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ümumi ərazisi 4168 hektar, əhalisinin sayı 3529 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq və heyvandarlıqdır. Nümayəndəliyin ərazisində Hacıhətəmli kənd tam orta, Kürdeldarbəyli kənd tam orta və Gideyli kənd ümumi orta məktəbləri yerləşir. İsmayıllı rayon MKS-nin 9, 39 və 61 saylı filialları, klub, poçt, elektron ATS, həkim məntəqəsi fəaliyyət göstərir.
Görülmüş və görüləcək işlər
Yanvar ayının 17-də 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Hacıhətəmli İƏD-i üzrə nümayəndəsi Ramiz Dadaşovun hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında İcra başçısı Mirdaməd Sadıqov iştirak etmişdir.
Hesabat məruzəsini edən Ramiz Dadaşov Respublikamızda, eləcə də rayonumuzda əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli iş görüldüyünü söyləmişdir: Hal-hazırda ölkənin bütün bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son bir ildə İsmayıllı rayonunda aparılan yenidənqurma işləri inkişafa təkan vermişdir. İsmayıllı-İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu asfaltlanmış, “Azərsu” ASC-nin xətti ilə Kürdeldarbəyli kəndinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə artezian quyusu vurulmuş, 04 oktyabr 2013-cü ildə kənddə içməli suyun açılışı olmuşdur. Hər üç kəndə təbii qaz verilir. Ərazidə hər həftənin birinci günü sanitariya günü keçirilmişdir. Məişət tullantılarının lazımsız yerlərə atılmasının qarşısını almaq məqsədi ilə nümayəndəlik bələdiyyə və sahə müvəkkili ilə birlikdə əhali arasında maarifləndirmə işləri aparmışdır.
Ayrılan büdcənin 45821 manatı xərclənmişdir ki, bu da ümumi pul vəsaitinin 93.27 faizini təşkil edir. Hesabat ilində YAP İsmayıllı rayon təşkilatına 101.29 manat, QAC-nin rayon komitəsinə 59.6 manat, DSMF-nin rayon filialına 1069.15 manat üzvlük haqqı köçürülmüşdür. 2013-cü ildə ərazidə 36 nikah bağlanmışdır. 41 uşaq dünyaya gəlmiş, 26 nəfər vəfat etmişdir.
Nümayəndəliyə il ərzində 24 yazılı, 34 şifahi müraciət, ərizə, şikayət və təklif daxil olmuşdur. Müraciətlər vaxtında həll olunmuş, ərizəçilərə qənaətbəxş cavablar verilmişdir.
Məruzədə ərazidə olan problemlərdən də danışılmışdır. Kəndarası yolların təmirə ehtiyacı olduğu vurğulanmış, Hacıhətəmli kəndində uşaq bağçasının, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün mədəniyyət evinin tikilməsinə ehtiyacın olduğu vurğulanmışdır. Eyni zamanda kəndin su təchizatının yaxşılaşdırılması üçün yeni su xəttinin çəkilməsinin səmərəsi qeyd edilmişdir.
Hesabat qənaətbəxş qiymətləndirilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz