Ulu öndər anıldı

Ulu öndər anıldı
Dekabrın 12-də şəhərin “Röya”, “Gülüstan” şadlıq saraylarında, eləcə də Heydər Əliyev prospekti və H.Zərdabi küçəsindəki “Xeyir-şər” evlərində ulu öndərin vəfatının 10 illiyi qeyd edilib. Həmin gün şəhərə xeyli qar yağmasına baxmayaraq, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri, dindarlar, ağsaqqallar, ziyalılar, hüquq-mühafizə orqanlarının işçiləri göstərilən ünvanlarda açılan ehsan süfrələrinin qonağı olublar.Ulu öndər anıldı

Dekabrın 12-də şəhərin “Röya”, “Gülüstan” şadlıq saraylarında, eləcə də Heydər Əliyev prospekti və H.Zərdabi küçəsindəki “Xeyir-şər” evlərində ulu öndərin vəfatının 10 illiyi qeyd edilib. Həmin gün şəhərə xeyli qar yağmasına baxmayaraq, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri, dindarlar, ağsaqqallar, ziyalılar, hüquq-mühafizə orqanlarının işçiləri göstərilən ünvanlarda açılan ehsan süfrələrinin qonağı olublar.
Ulu öndər anıldı
“Röya”dakı tədbirdə İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov ulu öndərin həyat və fəaliyyəti ilə bağlı giriş sözü söyləyib, Heydər Əliyevin xalq və ölkə üçün gördüyü böyük işlər barədə qısa məlumat verib. Ümummilli liderin ruhuna Tanrıdan rəhmət diləyib.
Ulu öndərin ruhuna dualar oxunub. Monitorlarda Heydər Əliyevin fəaliyyətindən bəhs edən sənədli filmlərdən, xarici ölkə liderləri ilə görüşlərindən kadrlar nümayiş etdirilib.
Anım tədbirində RİH başçısının müavinləri R.Ağayev, S.Əhmədova, H.Həsənov və İcra Hakimiyyəti aparatının əməkdaşları da iştirak ediblər.
“İsmayıllı xəbərləri

Şərh Yaz