Zoğallıq kəndində səyyar qəbul

Zoğallıq kəndində səyyar qəbul
Zoğallıq kəndi Quşencə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyəsinin tərkibinə daxildir. Təsərrüfatların sayı 89 olan kənddə 107 ev var. Kənddə 503 nəfər sakin yaşayır. Əhlinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Mütəmadi olaraq kəndlərə gedən, sakinlərlə görüşən, onların problemləri ilə yerində tanış olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu dəfəki görüş-qəbulunu Zoğallıq kənd sakinləri ilə keçirib.

Zoğallıq kəndində səyyar qəbul

Zoğallıq kəndi Quşencə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyəsinin tərkibinə daxildir. Təsərrüfatların sayı 89 olan kənddə 107 ev var. Kənddə 503 nəfər sakin yaşayır. Əhlinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Mütəmadi olaraq kəndlərə gedən, sakinlərlə görüşən, onların problemləri ilə yerində tanış olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu dəfəki görüş-qəbulunu Zoğallıq kənd sakinləri ilə keçirib.

Zoğallıq kəndində səyyar qəbul
Görüş zamanı kənd sakini Çingiz Cavadov icra başçısını görməkdən fərəh hissi keçirdiyini dilə gətirib. Rayonda gedən quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, bu işdə ölkə və rayon rəhbərliyinin diqqət və qayğısını xüsusi qeyd edib. Bir neçə ay öncə çətinliyi ilə bağlı müraciət etdiyini, probleminin tez bir zamanda həll edildiyini deyib və buna görə təşəkkürünü bildirib.
Yaqub Aydınov torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsinə kömək göstərməyi xahiş etdiyini, xahişinin tez bir zamanda yerinə yetirildiyini deyib.
Sakinlər ölkəmizin inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmərəli fəaliyyətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini diqqətə çatdırıblar. Eyni zamanda, daxili yolun asfaltlaşdırılmasına, elektrik dirəkləri və naqillərinin yenisi ilə əvəz edilməsinə, su probleminin həll olunmasına köməklik göstərilməsini xahiş ediblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüş-qəbuldan razı qaldığını bildirib. İcra başçısı ulu öndər Heydər Əliyevin müdrik siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini, bu işdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bütün sahələrdə inkişaf və tərəqqinin olduğunu, quruculuq və abadlıq işlərinin gündən-günə geniş vüsət aldığını, bu inkişafın rayonumuzun timsalında da aydın göründüyünü diqqətə çatdırıb.
Rayonumuza səfər edən ölkə prezidenti İlham Əliyevin sərəncamları ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə görə ayrılan vəsaitlər hesabına çoxlu tikinti, quruculuq-abadlıq işləri görüldüyünü, nəticədə, şəhərimizin simasının dəyişildiyini deyib. Bütün bunların ölkə prezidentinin xalqına olan yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu deyib. M.Sadıqov quruculuq-abadlıq işlərinin gündən-günə sürətlənəcəyini vurğulayaraq bu istiqamətdə birgə fəaliyyət göstərməyin vacib olduğunu söyləyib. Qaldırılan məsələlərin həlli ilə bağlı idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Çinarə Bəhərçinli

Şərh Yaz