21 illik yüksəliş yolu

21 illik yüksəliş yolu

“Yeni Azərbaycan Partiyasını Azərbaycanın ictimai-siyasi həyatında ən güclü, səviyyəli, mütəfəkkir fikirli, ən tərəqqipərvər fikirli bir siyasi təşkilat kimi görürəm. Azərbaycanın gələcəyi də bu partiyanın nailiyyətindən asılı olacaqdır”. Bu fikirlər YAP-ın yaradıcısı ulu öndərimiz Heydər Əliyevə məxsusdur. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 21 ili tamam olur. Bu münasibətlə YAP İsmayıllı Rayon Təşkilatı tərəfindən tədbir keçirilib.

Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri qoyulub. Tədbirdə çıxış edən YAP İsmayıllı Rayon təşkilatının sədri Əzizə Vahabova öncə toplantı iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik edib. Ötən 21 il ərzində YAP-ın keçdiyi şərəfli inkişaf yolundan danışıb. YAP sədri bildirib ki, ağır zamanda Azərbaycan xalqı dövlətin xilası üçün Ulu öndər Heydər Əliyevə üz tutub.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP-ın müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrildiyini deyib. İcra başçısı bildirib ki, YAP-ın yaranması, ulu öndər Heydər Əliyevin bu partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açıb.
RİH başçısı M.Sadıqov Heydər Əliyev siyasətinin monolit abidəsi olan YAP-ın gücündən, ucalığından danışıb. Ölkədə, eləcə də rayonumuzda gedən inkişafı məhz YAP-ın təntənəsi kimi dəyərləndirib.
Daha sonra YAP İsmayıllı Rayon təşkilatının sədr müavini Rüstəm Səmədov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verib.
Çıxışlarda YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əhmədova, İsmayıllı rayon ziyalılarının nümayəndəsi Yaşar Nuriyev, YAP rayon gənclər birliyinin sədri Taleh Salehov, İsmayıllı Rayon RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Məhərrəm Əhmədov, Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova partiyanın 21 ildə həyata keçirdiyi çoxsaylı uğurlardan söz açıblar.
RİH başçısı M.Sadıqov Heydər Əliyev siyasətinin monolit abidəsi olan YAP-ın gücündən, ucalığından danışıb. Ölkədə, eləcə də rayonumuzda gedən inkişafı məhz YAP-ın təntənəsi kimi dəyərləndirib.
Partiyaya yeni daxil olanlara partiya bileti təqdim olunub.
Ş.Soltanov,
Ç.Bəhərçinli

Şərh Yaz