Təhsildən sonrakı həyat

Təhsildən sonrakı həyat
15 noyabr 2013-cü il tarixdə tarix-diyarşünaslıq muzeyinin iclas zalında “Müasir Gənclik və Sosial İnkişaf” ictimai birliyi “Gənc məzunların təhsildən sonrakı ictimai həyatının stimullaşdırılması” mövzusunda tədbir keçirmişdir. Burada əsasən rayon Məşğulluq Mərkəzində qeydiyyatda olan ali və orta ixtisas təhsilli gənclər iştirak etmişlər.Təhsildən sonrakı həyat

15 noyabr 2013-cü il tarixdə tarix-diyarşünaslıq muzeyinin iclas zalında “Müasir Gənclik və Sosial İnkişaf” ictimai birliyi “Gənc məzunların təhsildən sonrakı ictimai həyatının stimullaşdırılması” mövzusunda tədbir keçirmişdir. Burada əsasən rayon Məşğulluq Mərkəzində qeydiyyatda olan ali və orta ixtisas təhsilli gənclər iştirak etmişlər.
Təhsildən sonrakı həyat
Tədbiri ictimai birliyin sədri, BDU-nun dosenti Etibar Əsədov açmış, ekspert Dadaş Əhmədov ətraflı və məzmunlu məruzə etmiş, təhsildən sonrakı fəaliyyətin təşkili yollarının izahını vermişdir.
Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Valeh Salehov çıxış edərək rayonda işləyən və işləməyən gənclərlə aparılan sistemli işdən, rayon İcra Hakimiyyəti rəhbərliyinin onları yeni-yeni layihələrin icrasına cəlb etməsindən, əmək yarmarkalarının çox səmərəli nəticələr verməsindən, gənclərin potensiyalının üzə çıxarılması üçün həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, rəhbərlik birinci növbədə gənclərə sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi baxır, onların uğur qazanması üçün şərait yaradır, hər sahədə qazanılan nailiyyətləri müxtəlif formalı tədbirlərlə qiymətləndirir. Bu və digər yollarla gənclərdə dərin özünəinam yaradır.
Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov da çıxışını bu istiqamətə yönəltdi. Bildirdi ki, hər bir gənc məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata durmaqla dövlət qayğısı əhatəsinə düşür. İşə düzəlmək üçün hər kəsə şərait yaradılır. Kifayətdir ki, mütəxəssisin özü işləməyə həvəsli olsun, gözləmə mövqeyində qalmasın.
Yekunda müxtəlif suallara cavablar verildi.
Bu tədbir gənclərin sosial həyatına daha bir yenilik gətirdi.
V.Salehov

Şərh Yaz