İsmayıllı gəncləri ekologiyanın keşiyində

Azərbaycanımızın hər bir guşəsi ekoloji baxımdan diqqətəlayiq və füsunkardır. Bu gözəlliyi, saflığı, təbii sərvətləri qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Bu işdə ön sırada heç şübhəsiz ki, Azərbaycan gəncliyi dayanmalıdır. İsmayıllı rayonu da ölkəmizin bir parçası olaraq, geniş meşə zolaqları, təbii suları, saf havası və bir çox təbii sərvətləri ilə tanınır. Hər zaman belə ərazilərdə ekologiyanın mühafizə olunması ilkin həyat şərtlərindən biri kimi qəbul edilmişdir. Bu gün biz təbiətimizi, ekologiyamızı qorumasaq, gələcək nəsillərimizi ciddi təhlükə qarşısında qoya bilərik.İsmayıllı gəncləri ekologiyanın keşiyində

Azərbaycanımızın hər bir guşəsi ekoloji baxımdan diqqətəlayiq və füsunkardır. Bu gözəlliyi, saflığı, təbii sərvətləri qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Bu işdə ön sırada heç şübhəsiz ki, Azərbaycan gəncliyi dayanmalıdır. İsmayıllı rayonu da ölkəmizin bir parçası olaraq, geniş meşə zolaqları, təbii suları, saf havası və bir çox təbii sərvətləri ilə tanınır. Hər zaman belə ərazilərdə ekologiyanın mühafizə olunması ilkin həyat şərtlərindən biri kimi qəbul edilmişdir. Bu gün biz təbiətimizi, ekologiyamızı qorumasaq, gələcək nəsillərimizi ciddi təhlükə qarşısında qoya bilərik.

Ekologiyanın mühafizəsi məqsədilə ulu öndər Heydər Əliyevin rəhbərliyi müddətində Milli və Dövlət Proqramları, çoxsaylı qanunvericilik aktları qəbul edilmişdir. Belə ki, bu sahənin qorunması üçün qanunvericilik bazası beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır. Cənab Prezidentimiz İlham Əliyev bir çox sahələrdə olduğu kimi, ekologiyanın qorunması sahəsində də uğurlu siyasətini davam etdirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdi. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlətinin başçısı bu təklifi ilə Yer kürəsində təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin göstərdiyi səylər kontekstində ayrıca bir ölkə çərçivəsində çox əhəmiyyətli və genişmiqyaslı bir nailiyyətə imza atmışdır.
Dövlətin bu sahəyə ayırdığı diqqət nəzərə alaraq, Gənclərin Anti-Narkomaniya İctimai Birliyi cari ilin may-oktyabr ayları müddətində İsmayıllı rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İsmayıllıda gənclərin ekoloji maarifləndirilməsi üçün potensialın yüksəldilməsi” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində 1500-ə yaxın rayon məktəblisi və gənci ekologiya ilə bağlı milli qanunvericilik və ekologiyanın mühafizə olunması üçün maarifçilik sahəsində məlumatlandırılmışdır. Gənclər İsmayıllı rayonunda ətraf mühitin vəziyyəti haqqında yeni biliklərə yiyələnmişlər. Bu müddətdə təlimlər keçirilmiş, ekoloji düşərgələr və ekskursiyalar təşkil edilmişdir. Həmçinin, gənclər arasında ekoloji mövzuda müxtəlif müsabiqə və yarışmalar (rəsm, bilik müsabiqələri və s.) keçirilmişdir.
Biz həmişə çalışmalıyıq ki, ana təbiətimizi qoruyaq və bu işdə gənclərin potensialından səmərəli istifadə edək. Çünki, gənclər bütün cəmiyyətlərin ən hərəkətverici və inamlı qüvvələridir.
Q.Kazimov,
Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri

Şərh Yaz