Cəbrayıl Hüseyn

Üstümə çətir bulud,
Başımdan keçə bilmir.
Leysan olub yağardı,
Qışımdan keçə bilmir.
Cəbrayıl Hüseyn
Keçə bilmir
Üstümə çətir bulud,
Başımdan keçə bilmir.
Leysan olub yağardı,
Qışımdan keçə bilmir.

Bu yer mənim, göy mənim,
Müqəddəs hər şey mənim.
Arxadadır düşmənim,
Qarşımdan keçə bilmir.

Düşüb dumana, çənə,
Bəlkə də dönə-dönə.
Bir qız vurulub mənə,
Yasımdan keçə bilmir.

Necə yol tapım
Gah torpaq üstəyəm, gah bulud üstə,
Gah güman üstəyəm, gah ümid üstə.
Açar qoymamısan bir kilid üstə,
Mən sənin qəlbinə necə yol tapım?

Kövrək əllərində gül olmaq üçün,
İpək tellərində yel olmaq üçün,
Ayağın altında çul olmaq üçün,
Mən sənin qəlbinə necə yol tapım?

Qərib həyatımın yolu zirvədi,
Bu yolda ürəyim qəlpə-qəlpədi.
Bu necə vücuddur, necə çöhrədi,
Mən sənin qəlbinə necə yol tapım?

Mindiyim qayığın avarı yoxdur,
Başımın tüstüsü, buxarı yoxdur.
Bu zülmət dünyanın divarı yoxdur,
Mən sənin qəlbinə necə yol tapım?

Özüm o başdayam, qəlbim bu başda,
Əllərim əsada, alnım qırışda.
Bir cavan oğlana dönüb bu yaşda,
Mən sənin qəlbinə necə yol tapım?

Cəbrayıl Hüseyn
Cəbrayıl Hüseyn

Şərh Yaz