Diqqət, müsabiqə!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Diqqət, müsabiqə!

Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidməti tam başa vurmuş, subay vətəndaşlar iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər İsmayıllı rayon polis şöbəsində aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
* Şəxsiyyət vəsiqəsi;
• Ali təhsil haqqında diplom;
• Hərbi bilet (kişilər üçün);
• Əmək kitabçası (olanlar üçün)
QEYD: Ərizə və sənədlərin qəbulu 2013-cü ilin noyabr ayının 4-dən dekabr ayının 4-dək olan müddətdə (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10-dan 17-dək həyata keçirilir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (020) 285-38-30; (050) 640-80-60
İsmayıllı Rayon Polis Şöbəsi

Şərh Yaz