Güyüm kəndində görüş

Güyüm kəndində görüş
Güyüm kəndi İsmayıllı RİH başçısının Diyallı inzibati ərazi dairəsində yerləşir. Kənd 4 tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub. 35 ev olan kəndin 127 sakini var. Kəndin kiçik, əhalinin sayının az olmasına baxmayaraq burada kitabxana fəaliyyət göstərir. Kənddə çox sayda meyvə bağları var ki, bu da əhalinin zəhmətkeş olmasından xəbər verir. Güyüm kəndində görüş

Güyüm kəndi İsmayıllı RİH başçısının Diyallı inzibati ərazi dairəsində yerləşir. Kənd 4 tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub. 35 ev olan kəndin 127 sakini var. Kəndin kiçik, əhalinin sayının az olmasına baxmayaraq burada kitabxana fəaliyyət göstərir. Kənddə çox sayda meyvə bağları var ki, bu da əhalinin zəhmətkeş olmasından xəbər verir.
Güyüm kəndində görüş
Oktyabr ayının 18-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd əhalisi ilə görüşdü. Görüş-qəbula xüsusilik qatan isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə təsadüf etməsi idi. Kənd sakinlərini salamlayan İcra başçısı onları bayram münasibəti ilə təbrik etdi, əsas problemləri ilə tanış olduğunu diqqətə çatdırdı. Sakinləri faydalı əməklə məşğul olmağa səslədi. Qeyd etdi ki, kənddə kitabxananın olması gözəl haldır, tibb məntəqəsinin də yaradılması vacibdir.
Kənd sakinləri qazın olmamasından əziyyət çəkdiklərini bildirdilər. Qonşu Diyallı kəndinə yeni qaz xəttinin çəkilməsindən sevindiklərini dedilər. Yaxın gələcəkdə onların da kəndinə qazın veriləcəyinə ümidvar olduqlarını bildirdilər.
Kənddə sürüşmə zonasında yerləşən bir neçə evə İƏD ərazisində yer verilsə də bəzi sakinlər hələ də yer ala bilmədiyini qeyd etdi. Diyallı kəndi ilə Güyüm kəndi arasından çay axır. Payız – yaz aylarında yaranan sel suları yolun çaydan keçən hissəsini keçilməz edir. Bu məsələyə diqqət yönəldilməsi xahiş olundu.
Kənddə yüksək gərginlikli elektrik xəttinin bir neçə yerdən həddən artıq sallanması təhlükəyə səbəb ola biləcəyi diqqətə çatdırıldı. Torpaq islahatı zamanı buraxılan səhvlərin düzəlişinə diqqət ayrılması xahiş olundu.
Həyətyanı torpaq sahəsi arzusunda olanlar da istəklərini ifadə etdilər.
Edilən xahişlərlə bağlı müvafiq tapşırıqlar verildi.
Ş.Soltanov

Şərh Yaz