Vergi dostları

Vergi dostları
18 oktyabr tarixində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Vergi dostu” sertifikatı və kompyuterlərin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda vergi mədəniyyətini formaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqəsini cəlb etməkdir.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Qəbələ, Oğuz və İsmayıllıdan seçilən ümumtəhsil məktəblərinin müəllimləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Vergilər Nazirliyinin vəzifəli şəxsləri iştirak edib.
Vergi dostları
Tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergi idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verib. Qeyd olunub ki, indiyədək Respublika üzrə 1071 nəfər müəllimə müvafiq təlim keçirilib və “vergi dostları” sertifikatı təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə işlərini həyata keçirir. Vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır. Sonra təlimi müvəffəqiyyətlə başa vuran 80 nəfərə “vergi dostuna” üzvlük sertifikatı, yaddaş kitabçası və kompyuter təqdim olunub.
Qeyd edək ki, İsmayıllıdan 26 nəfər müəllimə sertifikat verilib. Beləliklə, respublika üzrə “vergi dost”larının ümumi sayı 1151 nəfərə çatıb.
Şahməmməd Soltanov
Çinarə Bəhərçinli

Şərh Yaz