Layihə təqdimatı

Layihə təqdimatı
Oktyabr ayının 12-də İsmayıllıda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun üçüncü qrant layihəsi çərçivəsində qalib gələn layihənin təqdimatı keçirilib.Layihə təqdimatı

Oktyabr ayının 12-də İsmayıllıda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun üçüncü qrant layihəsi çərçivəsində qalib gələn layihənin təqdimatı keçirilib.
Layihə təqdimatı
İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən İsmayıllı Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli layihə haqqında qısa məlumat verib. Bildirib ki, gənclərin belə layihələrdə mütəmadi iştirak etmələri lazımdır.
İsmayıllı RİH Başçısının birinci müavini Rövşən Ağayev deyib ki, gənclər günü-gündən sosial şəbəkələrdən daha çox istifadə edirlər. Şəbəkələrdə xeyirli olmayan çağırışlar da edilir. Bunun üçün də belə məqamlara ciddi yanaşılmalıdır.
Tədbirdə “İsmayıllı gənclərinin sosial şəbəkələrdən səmərəli istifadəsinin təmin olunması” -2013 qrant layihəsi təqdim olunub. Layihə rəhbəri Pərvanə Piriyeva məqsədin gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsini, onları vətənpərvərliyin, dövlətçiliyin təbliğinə yönəldilməsinin təmin edilməsi olduğunu deyib.
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov məktəb müəlliminin qazandığı uğurlardan danışıb.
Bildirilib ki, layihə çərçivəsində rayonun üç ümumtəhsil məktəbindən beş qrupda təlimlər keçiriləcək. Bunun nəticəsində 200 gənc sosial şəbəkələrdən səmərəli istifadədən yararlanacaq. Həmçinin, internet bloqlarının yaradılması, buklet və broşurların hazırlanması da nəzərdə tutulub.
Çianrə Bəhərçinli

Şərh Yaz