Qadınlar və liderlik

Qadınlar və liderlik
Oktyabr ayının 17-də İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qadınlar və onların liderlik keyfiyyəti” mövzusunda tədbir keçirilib.
Qadınlar və liderlik

Oktyabr ayının 17-də İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qadınlar və onların liderlik keyfiyyəti” mövzusunda tədbir keçirilib.
Qadınlar və liderlik
Tədbirdə gender bərabərliyinin və qadın hüquqlarının hüquqi səviyyədə həm yerli, həm də beynəlxalq səviyyədə təmin edən sənədlər haqqında məlumat verilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Valeh Salehov çıxış edərək deyib ki, İsmayıllıda liderlik bacarığı olan xanımların sayı günü-gündən artmaqdadır. Son dövrlərdə bu məsələyə daha çox diqqət yetirilir.
“Xidmət – İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov qadınların ölkənin ictimai-siyasi həyatında fəal olduqlarını deyib. Bildirib ki, dövlətimiz xanımların karyera qurmasına böyük diqqət ayırır. Həkimlərin və müəllimlərin əksəriyyətini qadınların təşkil etdiyini deyən layihə koordinatoru, parlamentdə də xanımların təmsil olunduğunu diqqətə çatdırıb.
Xanımların əsas problemi kimi son dövrlərdə erkən nikaha çəlb olunmaları və boşanma hallarının artmasını göstərib.
Tədbir maraqlı müzakirələr şəklində davam edib. İştirakçılar sonda xatirə şəkli çəkdiriblər.
Şahməmməd Soltanov
Çinarə Bəhərçinli

Şərh Yaz