Şəhərimizin küçələri Keçmişdə və bu gün

Şəhərimizin küçələri  Keçmişdə və bu gün
Belə bir deyim var: teatr asılqandan başlayır. Axı teatra ayaq basan ilk dəfə asılqana baş çəkir, onun səliqə-sahmanına nəzər yetirir. Yəqin ki, deyim də elə buradan yaranmışdır. Bu deyimi başqa cür də ifadə etmək mümkündür. Şəhərin simasını da onun giriş qapısından müəyyənləşdirmək olar. Son aylar İsmayıllının siması, küçələri də dəyişilir, abadlaşır, yaşıllıqları da göz oxşayır. Muğanlı-Qəbələ magistral yolu şəhərin Nizami küçəsindən keçir. İndi buradan yolu düşənlər küçənin tamam dəyişdiyinin şahidi olur…

Şəhərimizin küçələri
Keçmişdə və bu gün

Belə bir deyim var: teatr asılqandan başlayır. Axı teatra ayaq basan ilk dəfə asılqana baş çəkir, onun səliqə-sahmanına nəzər yetirir. Yəqin ki, deyim də elə buradan yaranmışdır. Bu deyimi başqa cür də ifadə etmək mümkündür. Şəhərin simasını da onun giriş qapısından müəyyənləşdirmək olar. Son aylar İsmayıllının siması, küçələri də dəyişilir, abadlaşır, yaşıllıqları da göz oxşayır. Muğanlı-Qəbələ magistral yolu şəhərin Nizami küçəsindən keçir. İndi buradan yolu düşənlər küçənin tamam dəyişdiyinin şahidi olur…
Şəhərimizin küçələri  Keçmişdə və bu gün
Küçənin səkisində dayanıb, ətrafı seyr edirəm. Xəyal məni keçən əsrin 70-ci illərin əvvəllərinə apardı. Bu küçənin həmin dövrü gözüm önündə canlandı: çınqıl döşənmiş küçə, yaz-yayda toz dumanı ətrafı basır, damlar, ağaclar hamısı boz rəngdədir. Qarlı, yağışlı günlərdə küçəyə tökülmüş çınqılın lili aşağı – indiki M.Orucov küçəsi ilə şəhərin mərkəzinə axırdı. Quruyaraq tozu şəhəri dumana qərq edirdi. Yaşıllıqların hamısı toz qatına bürünmüşdü. Bu barədə o zaman rayon qəzeti bir neçə dəfə tənqidi yazı da dərc etmişdi. Ancaq şəhər soveti heç bir tədbir görməmişdi. Həmin yazı rayon partiya komitəsinin büro iclasında müzakirə olundu və şəhər sovetinin sədri şəxsi işinə yazılmaqla şiddətli töhmət də aldı. Bundan sonra küçənin bəxti açıldı…
Xatirələrdən bugünkü həyatımıza qayıdıram. Küçənin Olimpiya Kompleksindən üzü şəhərə doğru uzanan hissəsində yolun ortasında müasir işıqlandırma dayaqları basdırılıb. Dirəklərin ətrafına tamet daşları döşənib. Səkilər də tamet daşlarla döşənib və “Talıstan” restoranının qarşısınadək davam edir. Küçənin işıqlandırılması da tamamilə müasirləşdirilib. Küçənin sağ və sol sahilindəki yeniliklərdən bir qədər geniş söhbət açmaq yerinə düşərdi.
Bakı tərəfdən şəhərimizə ilk daxil olan qonaqlar sol tərəfə baxanda bir neçə əsr bundan əvvəlkinə oxşayan möhtəşəm Qala divarlarını görürlər. Qalanın bir neçə yerində qədimi iri taxta darvaza qoyulub. Adamda belə təsəvvür yaranır ki, darvazadan içəri keçsən burada uzun yol qət etmiş, dincələn, yorğun dəvə karvanı ilə rastlaşacaqsan, bir azdan yola rəvan olacaq…
Qala divarları boyunca salınmış yaşıllıqlar, gül və bəzək kolları, dekorativ ağaclar, işıqlandırma sistemi göz oxşayır və buraya xüsusi gözəllik verir. Bu gözəllik gecələr, buranın işıqları yanandan sonra daha möhtəşəm və yaraşıqlı görünür. Qala bürcləri həm yerdən, həm də yuxarı hissəsindən işıqlandırılıb. Yaşıllıqların, dekorativ kol və otların işıqlandırılması göz oxşayır. Küçənin üst tərəfindəki kiçik qala divarları da eynilə belə işıqlandırılıb. Qala divarlarının qurtaracağında (Nizami və M.Orucov küçələrinin kəsişdiyi yerdə) xudmani bir guşə var. Az vaxt olmasına baxmayaraq bura ismayıllıların ən sevimli istirahət guşəsinə çevrilmişdir. Hər tərəf gül-çiçək, dekorativ kollar və kiçik ağaclar ortadakı fontan adamları qoynuna istirahətə çağırır. Bu guşədəki eksponatlar – kiçik araba, yel dəyirmanı, su quyusu, kiçik körpücüklər və sairələr göz oxşayır, adamların marağına səbəb olur. Müasir tipli oturacaqlar da istirahətə gələnlərin ixtiyarındadır. Buradakı yam-yaşıl otlar sanki xalıdır. Buta şəklində əkilmiş çiçəklər yaşıl otların arasında qədim xalılardakı naxışları xatırladır.
Küçənin üst tərəfi tamamilə tanınmaz görkəmə gətirilmişdir. Buradakı binaların yanından M.Orucov küçəsi ilə kəsişdiyi yerinədək uzanan bu yaşıllıqlar küçənin görkəmini tamamilə dəyişdirmişdir. Yaşıllıqlar arasında əkilmiş gül-çiçək, dekorativ ağaclar, müasir işıqlandırma dirəkləri, fanar tipli lampalar göz oxşayır. Bağa dincəlməyə gələnlərin dincəlməsi məqsədi ilə oturacaqlar qoyulmuşdur. Havaların isti dövründə buraya dincəlməyə gələnlərin sayı daha çoxdur. Axşamlar nənə və babalar nəvələri ilə buralarda dincəlməyi daha çox sevirlər. Bağın axırındakı fəvvarənin ətrafı qocaların və uşaqların ən sevimli yeri saymaq olar. Xüsusilə, uşaqların fəvvarənin ətrafında fırlanması təbiidir. Axı uşaqlar su ilə əylənməyi çox sevirlər.
Küçənin üst tərəfində də kiçik qala divarı ucaldılıb. Divarın üstündə ucaldılmış kiçik tikililər “gözətçi” bürclərini xatırladır. Buranın divarları da ağac materialları ilə bəzədilmişdir. Bu küçə adamları xəyalən keçmişə qaytarır.
Axşam düşür, hava qaralır, dincəlməyə gələnlər yavaş-yavaş evlərinə dağılışmağa başlayırlar. Hər kəsin dilindən: bu gözəlliyi yaradanların əlləri var olsun kəlmələri səslənir.
Burada bir haşiyə çıxmağı da zəruri saydıq. Burada oturacaq sındırmaq halı da olmuşdur. Çox təəssüfedici haldır ki, bu gözəlliyi görməyən, onu yaradanların əməyini qiymətləndirməyənlərə də rast gəlmək mümkündür. Bu çəmənliyə atılmış plastik şüşə, stəkan, konfet kağızları və sair dediyimizə əyani sübutdur. Hər birimiz bu gözəlliyi qorumalıyıq. Axı bəzən belə gözəlliyi gözü götürməyən nankorlara da rast gəlinir. Belələrinin əlinin üstündən vurmaq və bu eybəcər vərdişi onlara tərgitmək vətəndaşlıq borcumuzdur.
B.Babayev

Şərh Yaz