Yolun açıq olsun

Yolun açıq olsun
Əfqan Qasımzadə Diyallı kəndində hamının gözü-könlü tox, halal adam kimi qəbul edilən atası Hacıbala kişi ilə həmişə öyünüb. Atasına olan el-oba məhəbbətini insanlar tərəfindən verilən ali mükafat kimi qəbul edib. Hacıbala müəllim də oğlu Əfqanın hələ orta məktəbdə oxuduğu illərdə elinə, obasına, dövlətinə bağlılığını, təhsilə həvəsini görüb daxilən qürur hissi keçirib. Əmin olmağa başlayıb ki, Əfqan gələcəkdə layiqli vətəndaş olacaq. Təbii ki, Əfqan atasının bu işıqlı fikirlərdən xəbərsiz idi. O, orta məktəbdə təhsil aldığı vaxt dərslərdən yaxşı qiymət alırdı. Ona görə deyirlər ki, insanın xoşbəxtliyi yalnız bilikdədir.
Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya bənzəyir. Yəni elmin dərinliklərinə yol elə orta məktəb illərindən başlayır. Əfqan da bu yolun cığırlarını arxada qoyaraq, təhsildə müəyyənləşdirdiyi istiqaməti seçib.

Diyallı kənd tam orta məktəbini 2004-cü ildə bitirən Ə.Qasımzadə valideynlərinin, müəllimlərinin etimadını doğruldaraq həmin il Azərbaycan Müəllimlər İnstitutunun tarix fakültəsinə qəbul olmuşdur. Müdriklər deyiblər ki, təhsilin kökləri acı, meyvələri isə şirindir. O, illərdən bəri çəkdiyi zəhmətin bəhrəsini gördü. Doğrudur, onu gələcəkdə daha böyük uğurlar gözləyirdi. Ancaq həyatının astanasında olan bir yeniyetmə gənc üçün ona bəslənilən etimadı doğrultmaq şərəf idi. Əfqan 2008-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Sonra hərbi xidmətdə oldu. Orada da hörmət qazandı. Valideynlərinə komandirlərindən tərifnamə və təşəkkür məktubları gəldi. Əfqan hərbi xidməti bitirdikdən sonra yenidən təhsilini davam etdirmək qərarına gəldi. İmtahanlardan uğurla keçdikdən sonra Gəncə Dövlət Universitetinin “Avropa və Amerikanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistraturaya daxil oldu. Oxuduğu müddətdə magistratura şöbəsi üzrə “Tələbə Gənclər Təşkilatı”nın sədri olmuş, elmi məqaləsi nəşr edilmiş, magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur.
2012-ci ilin sentyabrında məzunu olduğu Azərbaycan Müəllimlər İnstitutuna dəvət almış, ona dərs deyən müəllimləri ilə çiyin-çiyinə işləməyə başlamışdır.
Təhsildə daha böyük uğur qazanmağa səy göstərən həmyerlimiz, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun qiyabi doktoranturasına qəbul oldu. Hazırda Tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə “Qəbələnin XI-XIII əsrlər keramikasının bədii-texniki və texnoloji xüsusiyyətləri” mövzusu üzrə dissertasiya üzərində çalışır.
O, azərbaycançılıq ideologiyasını hər şeydən uca tutaraq deyir ki, vətənimizi seviriksə, dəyərlərimizi yaşatmalı, daha etibarlı şəkildə gələcək nəsillərə çatdırmalıyıq. Elmli olmalı, təhsilimizin uğurları üçün var qüvvəmizlə çalışmalıyıq. Əfqan doktorant olduğu müddətdə “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçısı olmuş, konfransın materiallarında elmi məqaləsi dərc olunmuşdur.
2013-cü ildə Oğuz Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru olmuş, polis leytenantı rütbəsi almışdır.
Hacıbala Qasımov oğlu ilə fəxr etdiyini deyir: Əfqan kimi gənclər çoxdur. Valideyn üçün bundan böyük xoşbəxtlik təsəvvür etmirəm. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, təhsilin inkişafına diqqət və qayğısını əsirgəmir. Gənclər üçün yaradılan yaxşı mühitin nəticəsidir ki, qazanılan uğurlar artmaqdadır.
Biz də Əfqana bundan sonra daha böyük uğurlar arzulayır, yolun açıq olsun deyirik.
Hacıməmməd Məmmədov

Şərh Yaz