İki bayramın fərəhi

İki bayramın fərəhi
Bu gün İsmayıllı Rayon Olimpiya İdman Kompleksində Qurban bayramı və Dövlət Müstəqilliyi Gününə həsr edilmiş təntənəli bayram tədbiri keçirilib.İki bayramın fərəhi

Bu gün İsmayıllı Rayon Olimpiya İdman Kompleksində Qurban bayramı və Dövlət Müstəqilliyi Gününə həsr edilmiş təntənəli bayram tədbiri keçirilib.
İki bayramın fərəhi
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əlamətdar bayramlar münasibətilə tədbirə toplaşanların timsalında rayon sakinlərini təbrik edib. Bildirib ki, ölkə prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qarşıdan gələn hər gündən bayram əhval-rühiyyəsi duyulur.
İki bayramın fərəhiİki bayramın fərəhi
Tədbirdə Qurban bayramının tarixi haqqında danışılıb, xalqımızın milli-mənəvi dəyərlərini bütün dolğunluğu ilə özündə əks etdirildiyi vurğulanıb.
Tədbirin gedişi zamanı rayonun Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif idman yarışlarında fərqlənən bir qrup yeniyetmə idmançıya “Qurban bayramı” və “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Tədbirdə göstərdikləri fəallığa görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Aşıqllar” qrupununun üzvlərinə pul mükafatı verilib.
Tədbir, “Niyal” xalq çalğı alətləri,“Aşıqlar”ansambllarının, “Lahıc” və “Hacıhətəmli” folklor qruplarının, rayonun digər incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz