Göytəpə kəndində görüş

Göytəpə kəndində görüş
Sentyabrın 27-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Göytəpə kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlərlə görüş keçirib. Göytəpə kəndində görüş

Sentyabrın 27-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Göytəpə kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı sakinlərlə görüş keçirib.
Göytəpə kəndində görüşGöytəpə kəndində görüş
Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Mirdaməd Sadıqov çıxışında, ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olduğunu bildirib. Bu siyasətin bu gün də uğurla davam etdiyini söyləyib.
Kənd sakini Nəriman Baratov işıq dirəklərində yaranan nasazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsini xahiş edib.
Aybəniz Mirzəliyeva məktəbdə su probleminin olduğunu deyib. Eyni zamanda kənddə internetə çıxışın olmadığını bildirib.
Kənd sakinlərinin qayğıları və problemlərinin həlli ilə əlaqədar göstərişlər verilib.
Sonda kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz