Yaddas kitabcasi

Nailiyyətlər əhalinin ürəyincədir

Nailiyyətlər əhalinin ürəyincədir
RİH başçısı Mirdaməd Sadıqov 6 ay əvvəl Aşıqbayramlıda sakinlərlə keçirdiyi görüşdə ərazidəki problemlərlə tanış olmuş və tezliklə çatışmazlıqların aradan qaldırılacağını bildirmişdi. Gündəlik yeniliklər ilə əlamətdar olan İsmayıllının Aşıqbayramlı kəndində keçirilən növbəti görüşdə – 7 oktyabr 2013-cü il tarixdə əsil təntənə yaşandı. İçməli suya olan ehtiyacı ödəmək üçün qazılmış artezian quyusu və uzun illər baxımsız qalmış klub binası əsaslı təmirdən sonra istifadəyə verildi. Yeniliklərə həsr olunmuş təntənəli mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etdi və görülən işə yüksək qiymət verdi. Əhalini hər iki münasibətlə təbrik etdi. Başçı kəndin içindən keçən Qaraməryəm-İsmayıllı yolunun qarşıdakı ildə əsaslı təmir olunacağını bildirdi.Nailiyyətlər əhalinin ürəyincədir

RİH başçısı Mirdaməd Sadıqov 6 ay əvvəl Aşıqbayramlıda sakinlərlə keçirdiyi görüşdə ərazidəki problemlərlə tanış olmuş və tezliklə çatışmazlıqların aradan qaldırılacağını bildirmişdi. Gündəlik yeniliklər ilə əlamətdar olan İsmayıllının Aşıqbayramlı kəndində keçirilən növbəti görüşdə – 7 oktyabr 2013-cü il tarixdə əsil təntənə yaşandı. İçməli suya olan ehtiyacı ödəmək üçün qazılmış artezian quyusu və uzun illər baxımsız qalmış klub binası əsaslı təmirdən sonra istifadəyə verildi. Yeniliklərə həsr olunmuş təntənəli mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış etdi və görülən işə yüksək qiymət verdi. Əhalini hər iki münasibətlə təbrik etdi. Başçı kəndin içindən keçən Qaraməryəm-İsmayıllı yolunun qarşıdakı ildə əsaslı təmir olunacağını bildirdi.
Nailiyyətlər əhalinin ürəyincədir
RİH başçısının Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəsi Nazim Həmidov bildirdi ki, 357 təsərrüfatda, Aşıqbayramlı və Talış kəndlərindən olan 1200 nəfər sakin görülmüş işlərdən yararlana biləcəkdir.
Kənd sakinləri Koroğlu Əsgərov, Yaşar Əliyev, Nadir Quliyev və Lətafət Mustafayeva çoxdan arzuladıqları günün fərəhini yaşadıqlarını bildirdilər, bu dəyərli hədiyyələr üçün dövlətimizə, onun rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Kənddəki tam orta məktəbin müəllimi Şövkət İbadova çıxışında qeyd etdi ki, kənddə xeyli istedadlı gənc var klubu bərpa etməklə kəndin mədəniyyətini, musiqisini və incəsənətini yenidən özünə qaytarmış oldunuz. Bu səbəbdən işin icraçılarına təşəkkür etdi, göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını bildirdi. O həmçinin qeyd etdi ki, dövlət siyasətinin bütün istiqamətlər üzrə həyata keçirilməsi sahəsində rayonda qazanılan nailiyyətlər əhalinin ürəyincədir.
Görülən işlər haqqında xoş sozlər, fikirlər ifadə etməklə yanaşı kənddə yeni tikilən evlərdən bir çoxunun hələ də təbii qazla təmin olunmadığı da diqqətə çatdırıldı. Bu fikri səsləndirənlər tezliklə problemin aradan qaldırılacağına da əmin olduqlarını bildirdilər.
Tədbirin rəsmi hissəsindən sonar məktəbin və kəndin bədii özfəaliyyət kollektivləri bacariqlarını nümayiş etdirdilər Çıxışların hər biri – mahnılar, rəqslər və səhnəciklər davamlı alqışlarla qarşılandı.
Konsert proqramına rayonumuzun “Niyal” xalq çalğı alətləri ansamblı üzvlərinin ifasında daxil olunan çıxışlar sanki bu günü bayram edən kənd sakinlərinə hədiyyə kimi təqdim olundu.
Ş.Soltanov

Şərh Yaz