İsmayıllı abadlaşır

İsmayıllı abadlaşır
Azərbaycanın gözəl, dilbər guşələrindən biri olan rayonumuz 1934-cü ildə inzibati ərazi vahidi kimi qeydiyyata alınıb. Mərkəzi İsmayıllı şəhəri olan, dağ-kurort mərkəzi sayılan rayon Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan-Həftəran vadisində yerləşir. İsmayıllı abadlaşır

[color=#3333FF]Azərbaycanın gözəl, dilbər guşələrindən biri olan rayonumuz 1934-cü ildə inzibati ərazi vahidi kimi qeydiyyata alınıb. Mərkəzi İsmayıllı şəhəri olan, dağ-kurort mərkəzi sayılan rayon Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan-Həftəran vadisində yerləşir.
İsmayıllı abadlaşır
İsmayıllı mineral bulaqları, istirahətə yararlı təbiəti ilə Azərbaycanın mirvarisi adını alıb. Rayonda 105 yaşayış məntəqəsi var. Onlardan 1-i şəhər (İsmayıllı), 2-si qəsəbə (Lahıc, Basqal) 103-ü isə kəndlərdir. Basqal qəsəbəsi kəlağayıları ilə məşhurdur. Lahıc qəsəbəsi qədimliyi ilə seçilir və dünya misgərlik incilərinin yaradıldığı məkan kimi tanınır.
İsmayıllı Azərbaycanın aparıcı turizm məkanlarından sayılır. Rayonun ərazisi 2074 kvadrat kilometr, əhalisinin sayı 82500 nəfərdən artıqdır .
Respublikanın hər yerində olduğu kimi, bu gün İsmayıllı rayonunun küçə və meydanlarında da təmir-bərpa işləri aparılır. Yollara yeni asfalt örtüyü döşənir, şəhər daxilində yolboyu yan divarlar müasir üslubda təmir olunur.
Rayon mərkəzində yerləşən Mədəniyyət evi, Uşaq kitabxanası müasir üslubda yenidən qurulur. Burada oxu və internet zalları, 3 D formatında 90 yerlik kino-klub, multi-media zalının olması nəzərdə tutulub. Oxu zalında 21 kompyuter oxucuların ixtiyarına veriləcək. Binanın önündə yeni tərtibatda yaşıllıqlar salınıb, güllər əkilib.
İsmayıllı abadlaşır
Heydər Əliyev adına Mədəniyyət Evi təmir olunur. İkimərtəbəli binanın 500 və 100 yerlik tamaşa zallarında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılır. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində rəsm zalı, heykəltəraşlıq, əl işləri, rəqs, musiqi dərnəklərinin keçirilməsi üçün otaqlar ayrılacaq.
Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün tikilən inzibati bina müasirliyi ilə diqqəti çəkir. Binada yüksək səviyyədə iş şəraiti yaradılır. Müasir akustika sistemi və digər zəruri avadanlıqla təchiz ediləcək 100 yerlik zalda istər partiyanın fəaliyyəti, istərsə də rayonun ictimai-siyasi həyatında baş verən əlamətdar hadisələrlə bağlı tədbirlər keçirmək mümkün olacaq.
Rayon mərkəzində iki mərtəbəli 140 yerlik Körpələr evi və Uşaq Bağçasının tikintisi başa çatmaq üzrədir. Burada müxtəlif yaş qruplu körpələrin gün ərzində oynaması, əylənməsi və dincəlməsi üçün otaqlar, yeməkxana, yuyunma, oyun zalları, yataq otaqları və bufet nəzərdə tutulub. Həmçinin bağçada müasir tələblərə cavab verən isitmə sistemi qurulur. Bağçanın həyətində içməli su və yanğından mühafizə üçün su anbarları, transformator yarımstansiyasının tikintisi davam etdirilir.
Şəhərdaxili yollara yeni asfalt örtüyünün çəkilməsinə Rəşid Mahmudov, Cavanşir, M.F.Axundov və M.Orucov küçəsindən başlanılıb. Yolun hər iki tərəfində piyada üçün səkilər salınır və keçidlər qoyulur. Yolun kənarlarına mozaikalı hasar çəkilir. Rayon mərkəzinin M.F.Axundov və M.Orucov küçələrində yerləşən yaşayış evlərinin dam örtüyü dəyişdirilərək kirəmit formalı metal lövhələrlə əvəzlənib. Binaların fasad hissələri aqlay daşları ilə bəzədilib. Yan divarlarda müasir işıqlandırma sistemi qurulur. Rayon mərkəzində, həmçinin 2 hektar ərazisi olan yeni park da qurulub. Parkda müasir hovuzlar tikilib, işıqlandırma sistemi yaradılıb. Səkilərə 7000 kvadratmetr tamet daşı döşənib. Yeni tərtibatda oturacaqlar quraşdırılıb, yaşıllıqlar salınıb, güllər əkilib.
Rayonda Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcək yeni avtovağzal tikilib. Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilib. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar nəzərdə tutulub.
İsmayıllı abadlaşır
Sadalanan bu məlumatlarla yanaşı, İsmayıllı camaatı mədəni davranışı, düşüncə tərzi, qonaqpərvərlikləri ilə də seçilir. Rayon sakinlərinin üzündəki xoş təbəssüm insanları özlərini rahat hiss etmələrinə səbəb olur. Rayonumuzda hökm sürən əmin-amanlıq insanlarımızın ziyalı düşüncəsində olması ilə də bağlıdır. Kiçikdən böyüyə İsmayıllını sevən hər kəs bunları görməyi və qiymətləndirməyi bacarır. İnsanlarımızın biri-birilərinə bəslədiyi hörmət, sevgi daha da çoxalır. Şəhərdə salınan yeni parklar göz oxşayır. İnsanlarımızın rahat istirahət etmələrini təmin etmək üçün hər cür şərait yaradılır. Şəhərimizdə yenicə salınmış M.Orucov və Nizami küçələrinin kəsişməsində salınan park öz gözəlliyi ilə seçilir. Belə ki, fərqli dizaynı ilə diqqəti özünə daha çox cəlb edir. İsmayıllıda gənclərə xüsusi diqqət yetirilir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti, prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İsmayıllıda da gənclərə son dövrlərdə artan qayğı göz önündədir. Gənclərlə müxtəlif seminarlar, görüşlər keçirilir. İstedadlı Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin yaradılması buna əyani sübutdur. Son dövrlərdə təhsilli gənclərin işə götürülməsində də xeyli artım var.
Məqalədə yazdıqlarım tam reallığı əks etdirir. Sual oluna bilər: sən bütün bu məlumatları haradan bilirsən? Cavabım məni yaxından tanıyanlara bəllidir. Tanımayanlara demək istəyirəm ki, rayonda keçirilən bütün tədbirlərdə iştirak edir, bəziləri kimi hansısa çay evində oturub qalmıram. İsmayıllının hər yerində olur və şəxsi fikirlərimi qeyd edirəm. İnsanlarımızdan gördüyüm səmimi, mehriban rəftar, olduğum tədbirlərdə aparılan müzakirələr bunları yazmağıma əsas verir. Amma ömründə bir tədbirdə iştirak etməyənlərin yazdıqlarını görəndə acı-acı gülümsəyirəm. Yaxşı insanı gözəlliyi görməyi bacarandır. Pisləməyə nə var ki? Bacarırsan gözəlliyi, inkişafı, yeniliyi, tərəqqini gör,
Çinarə

Şərh Yaz