İsmayıllıda Beynəlxalq Müəllimlər Günü

İsmayıllıda Beynəlxalq Müəllimlər Günü
Ümummilli lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bidirmişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.İsmayıllıda Beynəlxalq Müəllimlər Günü

Ümummilli lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək bidirmişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
İsmayıllıda Beynəlxalq Müəllimlər Günü
Müəllimlik şərəfli işdir. Müəllim göz önündə olan bir şəxsiyyətdir. Kiçikdən böyüyə, hər kəs yaşından asılı olmayaraq müəllimdən nümunə götürməyə çalışır. Buna görə deyirlər ki, müəllim işi çətindir. Müəllimlik həm də məsuliyyətli peşədir. Çünki məhz müəllim insan kapitalını yetişdirir. O, şagirdlərinə elə savad, elə dünyagörüşü verməlidir ki, onların gələcəkləri gərəkli olsun. Məhz gələcəyi parlaq olan şagird müəllimin adını ucaldır. Hansı fənn müəllimi olmasından asılı olmayaraq, bu adı daşıyan hər bir kəs dərin biliyə malik olmalıdır. Bilik müəllimin ən güclü silahıdır. Müəllim həmçinin öz fənnini, peşəsini və şagirdlərini sevməli, dərs dediyi uşaqlara qayğı ilə yanaşmalıdır.
Müəllim bizə valideyn qədər doğma və əzizdir. Valideynlərimiz bizə ilk dəfə addım atmağı, danışmağı öyrədibsə, müəllim də qələm tutmağı, yazı yazmağı öyrədib, qayğımızı çəkib. Elmli insan kimi yetişməyimizə səy göstərib. Deyilənləri qəbul edib, göstərilən yolu tutarıqsa, gələcəkdə nüfuz, hörmət sahibi olacağımızı deyib.
İsmayıllıda Beynəlxalq Müəllimlər Günü
Bu çətin peşə sahiblərinin işi dünyanın beynəlxalq təşkilatları tərəfindən diqqətsiz qalmadı. Belə ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalandı. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edidi. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxil edildi. Müstəqil Azərbaycanda bu tarixi gün isə 1993-cü il oktyabrın 5-də rəsmiləşdi.
Həmin gündən etibarən Azərbaycanda hər il oktyabrın 5-i Müəllimlər Günü kimi qeyd olunur.
İsmayıllı müəllimləri üçün də həmin gün “Qala” şadlıq sarayında möhtəşəm bayram tədbiri keçirildi.
Bu günün qeyd olunmasında əsas məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsil və inkişafdakı roluna diqqət çəkməkdən ibarət idi. İsmayıllının şəhər və kənd məktəblərindən də müəllimlər bayram tədbirində iştirak edirdilər. Zala daxil olanda gülərüz, xoş simalı insanları görmək mənə böyük zövq verdi. Tədbirin aparıcısı, şəhər 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlı mərasimdə iştirak edənləri salamladı, rayonun təhsil işçilərini peşə bayramları münasibəti ilə təbrik etdi. Karyeralarında daha böyük uğurlara imza atmalarını arzuladı.
İsmayıllıda Beynəlxalq Müəllimlər Günü
Ç.Muradlı fürsətdən istifadə edərək bildirdi ki, müəllimlik şərəfli işdir. Müəllim həyatını xalqın gələcəyinə həsr edir.
Tədbirdə müəllimlər ilə yanaşı onları təbrik etmək üçün gəlmiş bir sıra idarə və təşkilatların əməkdaşları da iştirk edirdilər.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hər bir sahəyə xüsusi diqqət göstərməsi göz önündədir. İcra başçısı bu bayramda da iştirak edirdi. M.Sadıqov çıxış edərək müəllimləri təbrik etdi, problemlərinin həlli istiqamətində lazımi köməkliyin göstərilməsinin vacibliyindən danışdı. Mirdaməd müəllim bildirdi ki, ən fərəhli anlarım tələbələrimə nəsə öyrətdiyimi hiss etdiyim anlar olub. Uşaqlar savadlı yetişməlidir. İcra başçısı hər bir müəllimi uşaqaların təhsil almasına yaxından kömək göstərməyə çağırdı. Yeni binalar tikmək, parklar salmaq olar. Əsas odur ki, savadlı düşünə bilən gənc nəsil yetişsin. Odur ki, məktəblərdə onlar üçün hər cür şərait yaradılmalıdır.
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxışında dedi ki, müəllim yüksək əqidə, mənsəb sahibi olmalıdır. O, vətənin problemləri ilə yaşamalı, gəncləri də bu ruhda yetişdirməlidir. R.Orucov rayonda 46 tam, 22 ümumi orta, 13 ibtidai məktəbin fəaliyyət göstərdiyini, məktəblərdə 11800 şagirdin təhsil aldığını dedi. Şagirdlərin təlim-tərbiyəsi ilə 1561 müəllim məşğul olur. 2012-2013-cü dərs ilində Kürdeldarbəyli, Talış, Sərdahar, Yeniyol, Müdri, Mücü kəndlərinin hər birində 80, Pirəbilqasım kəndində isə 40 şagird yerlik yeni məktəb binaları tikilərək istifadəyə verildi.
İsmayıllıda Beynəlxalq Müəllimlər Günü
Bu il abituriyentlərdən 325 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olaraq tələbə adını qazandılar. Miryavər Hüseynov, Əsgər Manafov “Tərəqqi” medalına, Rövşən Əliyev isə Əməkdar müəllim adına layiq görüldü. RTŞ-nın müdiri təhsil sahəsində uğur qazanan bütün müəllimləri təbrik etdi.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayevə söz verildi. Natiq çıxış edərək bildirdi ki, müəllim nəcib əxlaqi keyfiyyətlərə malik olmalıdır. Müəllim işinin əsasını dürüstlük, humanistlik təşkil etməlidir. R.Balayev kollecdə tələbələrin yüksək ixtisaslı kadr kimi yetişməsinə daim çalışacağını dedi. Mərasimdə demək olar heç bir müəllim diqqətdən kənarda qalmadı. Bir qrup müəllimə İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edildi.
Müəllimlərin iştirakı ilə müxtəlif intellektual və əyləncəli müsabiqələr bayram tədbirinə xüsusi ahəng verdi.
Rayon Mədəniyyət evinin “Niyal” xalq çalğı alətləri ansamblının, rayonun incəsənət işçilərinin təqdim etdiyi mahnı və rəqslər mərasimə xüsusi zövq qatırdı. Beləcə nüəllimlərin hələ uzun illər unuda bilməyəcəkləri, fərəhini daim yaşayacaqları bayram tədbiri sona çatdı.
Ç.Bəhərçinli
Ş.Dağlaroğlu

Şərh Yaz