Fərqli baxış

Zaman keçdikcə, həyat adlı tapmacanın cavablarını tapmağa çalışıram. Daha doğrusu, hər şeyi zaman-zaman dərk edirəm…
Fərqli baxış

Həyat “oyun”u

Zaman keçdikcə, həyat adlı tapmacanın cavablarını tapmağa çalışıram. Daha doğrusu, hər şeyi zaman-zaman dərk edirəm…
Bu dünya kiçik hissələrə parçalanmış və toplandıqda bir məna yaradan oyuna bənzəyir. Biz insanlarsa yaşadıqca bu kiçik hissələri bir-bir tapıb yerinə qoymağa çalışırıq. Hər parçanın yerini düzgün tapmağa isə zaman və məntiq lazımdır. Əslində, sonda bir rəsm və ya bir cümlə yaranmalıdır. Bəzən elə olur ki, topladıqlarımızı düzgün qurmadığımıza görə mənasız bir mənzərə ilə qarşılaşır və bu zaman oyunu dağıdıb yenidən, düzgün qurmağa çalışırıq. Bəzən bir mənzərəni dəfələrlə səhv qurur, yorulduğumuzu anlayır, mənzərənin də mənalı və cəlbedici olmadığını dərk edirik. Bəzən isə yaşadıqca, parçaların müəyyən hissəsini qurduqca, insanda sonda nə alınacağı haqqında təəssüratlar yaranmağa başlayır. Elə olur ki, artıq sonda xoşagəlməz, kədərli bir mənzərə yaranacağını hiss edirik…
Amma “bəlkə” fikri bizi davam etməyə vadar edir və sonda qarşılaşdığımız fikir “kaş ki” olur…

Şəfəq Mürsəlli
Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kurs tələbəsi

Şərh Yaz